• USD 1,7000 0,00% EUR 1,8968 -0,53%
    • GBP 2,1937 -0,26% RUB 0,0264 -1,14%

YAP pulsuz efir vaxtından imtina etdi – MSK-ya müraciət

YAP pulsuz efir vaxtından imtina etdi – MSK-ya müraciət

“Yeni Azərbaycan Partiyası pulsuz efir vaxtından imtina etmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edib”.

Bu barədə Publika.az-a açıqlamasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, seçkidə 15 siyasi partiya, bir seçki blokunun namizədləri və müxtəlif siyasi partiyalardan fərdi qaydada namizədliyini irəli sürənlər var: “Lakin onların heç birinin 60 dairə üzrə namizədi qeydə alınmadığı üçün pulsuz efir vaxtından istifadə etmək hüququnu da qazanmayıblar. YAP-ın isə 106 dairədən deputatlığa namizədliyi qeydə alındığı üçün pulsuz efir vaxtı, həmçinin dövri nəşrlərdə ödənişsiz təbliğat kampaniyası aparmaq hüququ qazanıb. Lakin biz seçki rəqabətinin bərabər aparılması üçün pulsuz efir vaxtından imtina edirik və bununla bağlı MSK-ya müraciət etmişik. Əks halda, pulsuz efir vaxtında debatlar alternativlər olmadan keçiriləcəkdi. Biz bunun bərabər rəqabətə zidd olduğunu düşünürük”.

S. Novruzov qeyd edib ki, MSK müraciətə baxıb bununla bağlı qərar verəcək.

Qeyd edək ki, Seçki Məcəlləsində pulsuz efir vaxtı yalnız 60-dan çox seçki dairəsindən namizədləri qeydə alınan siyasi partiyalara və partiya bloklarına ayrılır.

Asif Nərimanlı

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR