Məzahir Pənahov: “Bizi məcbur etməsinlər”
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: “Bizi məcbur etməsinlər”

“Deputatlığa namizədliyi qeydə alınan şəxslər qanunlara uyğun hərəkət etməlidir. Bizi namizədlərlə bağlı ölçü götürməyə məcbur etməsinlər. Qanunlara əməl etməyənlər haqda cəza tədbirləri görüləcək”.


Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.


Onun sözlərinə görə, MSK hər kəs üçün bərabər şərait yaradır: “Lakin namizədlər də qanunlara əməl etməyə borcludur. Namizədliyi qeydə alınan şəxslər təbliğat kampaniyasını qanunvericiliyin tələblərinə uyğun aparmalıdır”.


İclasda çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov bildirib ki, namizədlərin görüş keçirməsi üçün açıq və qapalı yerlər müəyyənləşdirilib: “Təşviqat prosesində bəzi sahibkarların mülkiyyətində olan obyektlərdə şəkillərin yapışdırılması mümkün ola bilər. Amma hər hansı binanın, abidənin üzərinə şəkillərin yapışdırılması yolverilməzdir. Kütləvi informasiya vasitələrinin də bu məsələdə rolu xüsusi vurğulanmalıdır. KİV də bu məsələdə qanunvericiliyin tələblərinə əməl etməlidir. Hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Çıxışlar zamanı nəzərdə tutulmayan çağırışların edilməsi qadağandır”.


Sədr müavini bildirib ki, hər hansı namizəd qanunvericiliyin tələblərini pozarsa, onun qeydiyyatının ləğvi gündəmə gələ bilər.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm