Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü BU TARİXDƏ
Bizi izləyin

Nida.az

Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü BU TARİXDƏ

Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov oktyabrın 12-də Türkmənistanın Avaza şəhərində görüşəcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Türkiyə Prezidenti Administrasiyasından bildirilib ki, üçtərəfli görüşdə bölgədə iş birliyi, qarşılıqlı əməkdaşlıq, təhlükəsizlik, sabitlik və bölgənin rifahına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Üçtərəfli zirvə toplantısının keçirilməsi haqda qərar bu il avqustun 28-də Antalyada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşündə qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm