Tiflisdən SOCAR-a zərbə, yoxsa... – Bağlı qapılar arxasındakı oyun
Bizi izləyin

Nida.az

Tiflisdən SOCAR-a zərbə, yoxsa... – Bağlı qapılar arxasındakı oyun

“Rusiyadan qaz almaqla Gürcüstanın enerji bazarında müəyyən dəyişikliklər olsa da, bizim əsas qaz təchizatçımız Azərbaycandır”.


Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirinin Rusiya ilə münasibətlər üzə xüsusi nümayəndəsi Zurab Abaşidze deyib.


Onun sözlərinə görə, Gürcüstan Rusiyadan uzun müddət ərzində qaz alıb: “Bu, Rusiya qazının Ermənistana ötürülməsindən əldə olunan tranzit haqqıdır. Əgər tranzitin həcmi artacaqsa, biz daha çox pay alacağıq və mən bunda pis heç nə görmürəm. Azərbaycan onsuz da bizim bazarda var və bu ölkə strateji partnyorumuz olaraq qalacaq”.


Lakin Gürcüstan mediasında yayılan məlumatlar məsələnin heç də Abaşidzenin dediyi kimi olmadığını göstərir. Hesab etmək olar ki, Tiflis ikili oyun oynayır. Belə ki Tiflisin Rusiya ilə yanaşı, İrandan da qaz almaq üçün danışıqlar apardığı haqda xəbərlər dolaşır. Bütün bunlar sentyabrda Tiflisdə amerikalıların da iştirakı ilə keçirilən qapalı konfransda müzakirə edilib.

Bu ölkənin xarici işlər nazirinin müavini David Dondua parlamentdə “Azad demokratlar” fraksiyasının üzvləri ilə keçirdiyi görüşdə qapalı konfransda müzakirə edilən məsələləri açıqlayıb.


O, Vaşinqtonun Tiflisdən İranla tammiqyaslı əməkdaşlıq etməməsi üçün xahiş etdiyini bildirib. Deyib ki, ABŞ İranın Vyana razılaşmasında götürdüyü öhdəlikləri yerinə yetirənə qədər Gürcüstandan Tehranla geniş şəkildə əməkdaşlıq etməməsini istəyir.


“Lakin biz amerikalı tərəfdaşlarımıza regionun vəziyyətini nəzərə almalarını və İranla münasibətlərimizin çevrəsini genişləndirməyə şərait yaratmalarını xahiş etmişik. Sentyabrda Tiflisdə keçirilən qapalı konfransda İranla bağlı məsələni müzakirə etdik. İranın üzərindən sanksiyaların götürülməsi vəziyyəti dəyişdirəcək. Hətta Azərbaycandan aldığımız qazın qiymətinə də təsir edəcək”.


Gürcüstanın energetika naziri Kaxa Kaladze də ölkəsinin İrandan qaz almaq üçün danışıqlar apardığını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm