MSK: 1243 namizəd qeydə alınıb
Bizi izləyin

Nida.az

MSK: 1243 namizəd qeydə alınıb

Noyabrın 1-də keçiriləcək parlament seçkilərində 1 243 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

Publika.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, qeydə alınan namizədlərin 277-ni 15 siyasi partiya, 19-nu "Azadlıq-2015" seçki bloku, 2-ni təşəbbüs qrupları irəli sürüb, 945 namizəd isə öz təşəbbüsü ilə seçkiyə qatılıb.

İndiyə qədər MSK-da 40 müraciətə baxılıb. Onlardan 14-ü müraciəti təmin olunmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm