Elza Seyidcahanın namizədliyi qeydə alındı
Bizi izləyin

Nida.az

Elza Seyidcahanın namizədliyi qeydə alındı

Müğənni Elza Seyidcahanın noyabrın 1-də Mlli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi qeydə alınıb.

Publika.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında şəxsi təşəbbüsü ilə namizədliyini irəli sürən Elza Seyidcahanın şikayətinə baxılıb. MSK müğənninin namizədliyinin qeydə alınmaması ilə bağlı DSK-nın qərarını ləğv edib və Seyidcahanın namizədliyinin qeydə alınması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, bundan əvvə DSK Elza Seyidcahanın təqdim etdiyi 550 imzadan 43-nü saxta hesab edib, daha 180 seçicinin imzasının etibarsız hesab edilməsi ilə bağlı qərar çaxarıb. MSK isə ancaq 78 imzanı etibarsız sayıb və qalan imzalar kifayət etdiyindən Seyidcahanın şikayətini təmin edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm