Kəmaləddin Heydərov İranda rəsmi səfərdə olub
Bizi izləyin

Nida.az

Kəmaləddin Heydərov İranda rəsmi səfərdə olub

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olub.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olub.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nazir Kəmaləddin Heydərovu İran İslam Respublikasının prezidenti Həsən Ruhani qəbul edib.

Daha sonra səfər proqramına uyğun olaraq, K. Heydərov İranın sənaye, dağ-mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə, Mədən sənayesinin inkişaf etdirilməsi üzrə təşkilatın sədri Mehdi Kerbasiyan, daxili işlər nazirinin müavini İsmayıl Nəccar və bir sıra yüksək vəzifəli şəxslərlə görüşüb.

Keçirilən görüşlərdə hər iki ölkənin müvafiq qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm