Nida.az
Tural Abbaslıdan xəbərdarlıq: “Partiya yarada bilərəm”
“Qurultaydan sonra partiyada yaranan vəziyyət belədir
ki, ya Arif Hacılının qrupunun üzvü olmalı və fanatlığını
etməlisən, ya da partiyadakı proseslərdən kənarlaşdırılıb
çıxarılmağını gözləməlisən”.
Bu barədə Publika.az-a açıqlamasında Müsavat
Partiyasının üzvü, “Ağ Blok”un təsisçisi Tural Abbaslı deyib.
“Partiyada yüksəlmək və ya kənarlaşdırılmaq Arif
Hacılının şəxsinə münasibətlə ölçülür”
Onun sözlərinə görə, partiyadan çıxarılma məsələsi təkcə ona və tərəfdarlarına aid deyil: “Bu gün istənilən üzvün Arif Hacılının birbaşa göstərişi ilə çıxarılma təhlükəsi var. Artıq partiyada yüksəlmək və ya kənarlaşdırılmaq Arif Hacılının şəxsinə münasibətlə ölçülür. Təbii ki, belə bir vəziyyət illərini Müsavata fəda etmiş biri kimi məni və minlərlə digər müsavatçıları narahat edir”.
Müsavat rəhbərliyinə xəbərdarlıq
T. Abbaslı Müsavat rəhbərliyinə mesaj da göndərib.
“Bugünkü partiya rəhbərinə məsləhətim odur ki, şəxsi, siyasi
maraqlarını partiya maraqlarından üstün tutmağa son versin və
Müsavatın tarixinə xas olmayan antidemokratik idarəçilik metodundan
imtina etsin. Əks təqdirdə, partiya tarixində adı heç də ürəkaçan
şəkildə xatırlanmayacaq”, - deyə o bildirib.
Seçkidən sonra Arif Hacılının istefası tələb oluna
bilər
O, Müsavat Partiyasının seçkidə aşağı nəticə göstərəcəyi
təqdirdə, Arif Hacılının istefasının tələb edəcəyini açıqlayıb:
“Bir müsavatçı kimi mənim Arif Hacılıdan fəaliyyəti barədə hesabat
tələb etmək hüququm var. Bu seçkilərdən sonra Arif Hacılı
başqanlığı dövründə mümkün 3 seçkidən ikisini keçirmiş olacaq.
Mənim də həm bələdiyyə, həm də parlament seçkilərindən sonra nəticə
barədə hesab tələb etmək və nəticəsindən asılı olaraq, onun
səmərəsiz fəaliyyətinə görə istefasını tələb etmək hüququm var.
Yəni artıq insanları bir 23 ildə növbəti “mənəvi qələbələrlə”
aldatmaq zamanı deyil. Ya nəticə olmalıdır, ya da siyasi etiketin
tələb etdiyi kimi istefa vermək lazımdır”.
Tural Abbaslı partiya yarada bilər
T. Abbaslı “Ağ Blok”un partiyaya çevrilmə perspektivini də
dəyərləndirib.
“Əgər illərimizi verdiyimiz Müsavatda bizim siyasi fəaliyyətimiz
süni şəkildə məhdudlaşdırılarsa, “Ağ Blok”un siyasi partiyaya
çevrilə bilməsi məsələsi gündəmə gələ bilər. Yəni biz bu addımı
atmaq məcburiyyətində qalacağıq. Çünki kiminsə fəaliyyətini
məhdudlaşdırıb ondan adekvat addımlar atmamasını gözləmək
sadəlövlükdür. Yəni mən və tərəfdarlarım siyasi mübarizə
tərəfdarıyıq. Bunun üçün münbit şərait yaratmaq bizim haqqımızdır.
Ümumilikdə isə bu məsələlərin hələlik zamana ehtiyacı var”, - deyə
o qeyd edib.
Asif Nərimanlı
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO