• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

MSK şikayətlərə baxdı

MSK şikayətlərə baxdı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında vəkil Xalid Bağırovun deputatlığa namizədliyinin qeydə alınmaması ilə bağlı MSK-ya etdiyi müraciətə baxılıb.

Publika.az-ın məlumatına görə, 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürən Xalid Bağırov DSK-nın qərarını əsassız adlandırıb.

DSK qərarında X.Bağırovun seçiciləri aldadaraq imza toplamasını əsas gətirərək onu namizədliyini qeydə almayıb.

Ekspert Qrupunun araşdırması nəticəsində də imzaların bir hissəsinin aldadılaraq toplanılması üzə çıxıb.

Bildirilib ki, X.Bağırovun DSK-ya təqdim etdiyi imzalardan 431-i etibarlıdır və bu da namizədin qeydə alınması üçün kifayət etmir. MSK X.Bağırovun deputatlığa namizədliyini qeydə almayıb.

Daha sonra çıxış edən MSK üzvü Akif Qurbanov bu qərara etirazını bildirib.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR