Nida.az
Parlamentdə müharibə çağırışı: “Biz torpaqları çətin ki sülh yolu ilə alaq…”

“Qaçqınlar üçün mənzil tikintisinə ayrılan maliyyə vəsaiti azaldılıb. Bu yolverilməzdir. Həmin insanlar evlərini, əmlaklarını itiriblər. Dövlət hər il bu istiqamətə ayrılan vəsaiti artırmalıdır”.
Publika.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, hərbi xərclər də illər üzrə artırılmalıdır:
“Ermənistan rəhbərliyinin davranışları göstərir ki, biz çətin torpaqları sülh yolu ilə alaq. Ona görə ordunu gücləndirməliyik”.
Q.Həsənquliyev büdcəni artırmaq üçün özəlləşdirməyə gedilməsini irəli sürüb: “Səhmdar cəmiyyətlər var həm büdcədən dotasiya alırlar, həm də büdcə onların xarici borclarını ödəyir. O şirkətlər özəlləşdirməyə çıxarılmalıdır. “Beynəlxalq Bankı”ın rəhbərliyini götürək. Cahangir Hacıyev dövlətin milyardlarla vəsaitini girovsuz verib. Beynəlxalq təşkilatlar illərdir bu bankın özəlləşdirilməsini təklif edirlər. Yubatdıq, dövlətin vəsaitləri dağıdıldı”.
Q.Həsənquliyev universitetlərin də özəlləşdirilməsini irəli sürüb: “Bununla büdcəyə vəsait gətirə bilərlər. Prezidentin qoyduğu vəzifələr icra edilsə, növbəti ildə fərqli Azərbaycan görərik”.
Deputat məhkəmə-sahibkar münasibətlərinə də toxunub: “Sahibkarların məhkəmələrdə hüquqlarını müdafiə etmək imkanları olmalıdır. Ölkədə məhkəmə islahatları aparılmalıdır. Ciddi dəyişikliklər olmasa, iqtisadi inkişafa nail ola bilməyəcəyik. Bəllidir ki, dövlət sifarişi ilə işlər dayandırılıb və orada işləyən insanlar işsiz qalacaqlar. Neft Fondunun vəsaitinin bir hissəsi ölkəyə gətirilməlidir. Bir sıra ölkələr böhranda bu təcrübədən istifadə ediblər, uğurlu da alınıb. Fondun 4 milyard manatı ölkəyə gətirilərək sahibkarlara kredit şəklində verilməlidir”.

-
Region13:54
Ərdoğan qazandı: ABŞ bu “məkrli plan”ı işə salır
-
Magazin113:30
Nigar ikinci dəfə ana olacaq: "Bu möcüzənin uzun hekayəsi var və..." - FOTO
-
Cənubi Qafqaz12:52
Paşinyan Moskva görüşündən narazıdır - Rusiyanı ittiham etdi
-
Ekologiya12:28
Sabaha olan hava PROQNOZU - 36 dərəcə isti
-
İdman11:46
Qurban Qurbanovun ailəsinin çempionluq FOTOSU
-
Dünya11:39
Məşhurlar Ərdoğanı belə təbrik edir: Ömrümdən 40 il sənin olsun, rəis
-
Magazin111:08
"Birinci dəfə ailə həyatı quranda..." - Roza Zərgərli
-
İdman10:30
Ramil Şeydayevlə Qurban Qurbanov belə vidalaşadı - TƏSİRLİ ANLARIN VİDEOSU