Məzahir Pənahov: “Bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır”
Bizi izləyin

Nida.az

Məzahir Pənahov: “Bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında çıxışı zamanı deputatlığa namizədlərə imza verən seçicilərin sonradan imzalarını geri götürmələri məsələsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, MSK sədri M.Pənahov deyib ki, bəzən vətəndaşlardan su çəkilməsi adı ilə imzalar toplanılır: “Bu, o demək deyil ki, namizəd seçicini özü aldadıb. İmzatoplama kampaniyasında müxtəlif insanlar iştirak edir. Seçicilərin aldadılması namizəd tərəfindən deyil, imza toplayan şəxslər tərəfindən də ola bilər. Seçicilər də həqiqət üzə çıxdıqdan sonra dairə seçki komissiyalarına müraciət edərək imzalarından imtina edirlər”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm