İrakli Qaribaşvili: “Azərbaycan qazını əvəz etmək niyyətində deyilik”
Bizi izləyin

Nida.az

İrakli Qaribaşvili: “Azərbaycan qazını əvəz etmək niyyətində deyilik”

“Gürcüstan Azərbaycan qazını əvəz etmək niyyətində deyil”.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib.

Baş nazir təbii qazın əsas təchizatçısı – Azərbaycanın əvəz edilməsi haqqında danışıqları cəfəngiyat adlandırıb.

Rusiya qazı haqqında ajiotaj sentyabrın sonunda Gürcüstanın energetika naziri Kaxa Kaladzenin “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə danışıqlarından sonra yaranıb. Şirkətdən bildiriblər ki, tərəflər Rusiya təbii qazının Gürcüstana, həmçinin üçüncü ölkələrə çatdırılmasını müzakirə ediblər.

“Azərbaycan qazının əvəz edilməsindən söhbət getmir. Bu tamamilə cəfəngiyatdır və həqiqətə uyğun deyil. Mən məsuliyyətsiz siyasətçilərdən vətəndaşları yanıltmamağı xahiş edirəm”, - Qaribaşvili jurnalistlərə deyib.

Baş nazir vurğulayıb ki, Azərbaycanla münasibətlərə yenidən baxılması planlaşdırılmır: “Ölkələri sıx dostluq və strateji münasibətləri bağlayır”.

Qeyd edək ki, Gürcüstanın “Tabula” telekanalı və eyni adlı jurnalın rəhbərliyi oktyabrın 17-də Tiflisdə hökumət binasının qarşısında “Qazprom – azadlığın qaz kamerası” adlı etiraz aksiyası keçirməyi planlaşdırır.

Gürcüstan 2007-ci ildən Rusiya qazını almır. Azərbaycan bu ölkədə əsas qaz təchizatçısıdır. Amma tranzit haqqı olaraq Ermənistana verilən rus qazının ümumi həcminin 10 faizi Gürcüstana verilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm