Ankara terrorunda ŞOK ifadə: “Terrorçular Azərbaycan...”
Bizi izləyin

Nida.az

Ankara terrorunda ŞOK ifadə: “Terrorçular Azərbaycan...”

Oktyabrın 10-da Ankarada baş verən terror aktı ilə bağlı yeni bir şahid üzə çıxıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polisə danışan 15 yaşlı qız terror aktının baş verdiyi dəmir yolu stansiyasının yaxınlığındakı məsciddə kamikadzeləri gördüyünü, bombaları üstlərinə necə bağladıqlarına şahid oluğunu deyib.

Stansiyanın qarşısına gələn yeniyetmə qız bildirib ki, tualetlər dolu olduğundan ayna tapa bilməyib və məscidə gedib. Bu vaxt iki çarşablı qadının içəridən çıxdığını deyən qız içəridə daha dörd nəfəri gördüyünü, onların kürd və Azərbaycan dilində danışdıqlarını söyləyib. Yeniyetmə qızın sözlərinə görə, kamikadzelər bombaları elə məsciddə üstlərinə bağlayıblar.

“Kürəyində çantaları var idi. Yanımda M. (onun rəfiqəsi) var idi. Bombanı onun üzərinə atdılar. Parça-parça oldu. Sadəcə başı qalmışdı. Başı ayağımın altına düşdü. Polislərin yanına gedərək gördüyüm bir nəfəri göstərdim. Yanımdan gülərək keçdi. Polislərə göstərdim, məni dinləmədilər. Yerdəki qanlı ət parçalarından götürərək üzlərinə sürtdülər. Kamikadzelərin biri özünü hovuzun yanında partlatdı. Biri isə HDP-lilərin içinde özünü patlatdı”, - qız deyib.

Patlayışın şokunu yaşayan qızın üzərindən öldürüldüyünü iddia etdiyi M.-nın adına bilet ve telefon nömrələri çıxıb.

Terrorla Mübarizə Şöbəsində ifadəsi alınan uşaq ailəsinə verilsə də, ailəsi onu qəbul etməyib. Qız bundan sonra Ailə və Sosial Siyasət Nazirliyinə verilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm