Nida.az
MSK seçki bülletenlərinin çapına başladı - FOTOLAR

Mərkəzi Seçki Komissiyası (MSK) bu ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərində səsvermə günü üçün seçki bülletenlərinin çapına başlayıb.
Publika.az-ın məlumatına görə, bu məqsədlə MSK sədri Məzahir Pənahov Milli Məclis Aparatının mətbəəsinə baş çəkib, görülən işlə tanış olub.
M.Pənahov deyib ki, səsverməyə 10 gün qalana qədər, yəni oktyabrın 22-dək seçki bülletenləri tam çap olunmalıdır: “125 seçki dairəsi üzrə ümumilikdə 5 milyon 344 min 431 səsvermə bülleteni çap olunacaq. Bu da seçicilərin sayından 3 faiz çoxdur. Səsvermə bülletenləri 5 gün qalana qədər DSK-lara, 3 gün qalana qədər isə məntəqə seçki komissiyalarına paylanılır. Hesab edirəm ki, bu prosesdə heç bir problem yoxdur”.
O bildirib ki, əvvəlcə Naxçıvandakı seçki dairələrinə, sonra isə ucqar rayonlardakı seçki dairələrinə bülletenlər paylanılacaq.
MSK sədri seçki prosesində jurnalistləri fəal olmağa çağırıb.
Vasif Həsənli

-
Sosial11:26
Laçında həlak olan əsgərlərə Şəhid statusu verildi
-
Hadisə11:05
Daha bir anti-korrupsiya ƏMƏLİYYATI: Vəzifəli şəxs həbs olundu
-
Avropa10:48
Danışıqlar prosesində Lavrov Consonu belə aldadıb
-
İdman10:07
"Qarabağ" - "Viktoriya" matçının hakimləri bəlli oldu
-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq
-
Dünya14 Avqust 22:49
Dünya əhalisinin sayı AÇIQLANDI