ABŞ-ın məşhur sorğu şirkəti: “Seçicilərin 82.1 faizi İlham Əliyevi dəstəkləyir”
Bizi izləyin

Nida.az

ABŞ-ın məşhur sorğu şirkəti: “Seçicilərin 82.1 faizi İlham Əliyevi dəstəkləyir”

ABŞ-ın tanınmış “Artur J. Finkelştayn & Assoşietys” sorğu şirkəti noyabrın 1-də Azərbaycanda keçiriləcək Milli Məclisə seçkilərlə bağlı seçkiqabağı sorğunun nəticələrini yayıb.


Publika.az xəbər verir ki, oktyabrın 14-də yayılan sorğu 5,1 milyon seçicini əhatə edir və bir çox məsələləri özündə əks etdirir.


“Azərbaycanlılar parlament seçkilərində səs verəcək və seçicilərin təxminən 80 faizi hesab edir ki, dövlət hazırkı rəhbərlik tərəfindən düzgün istiqamətdə irəliləyir və həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi əsas məsələ olaraq qalır”, - deyə sorğuda bildirilir.


Sorğuda iştirak edənlərin 77.1 faizi “Hər şey düzgün, yaxud yanlış istiqamətdə gedir?” sualına düzgün istiqamət, yalnız 14.7 faizi isə yanlış istiqamət cavabını verib.

Seçicilərin üzləşdiyi ən vacib məsələlər barədə suala yalnız 7.2 faiz iqtisadiyyat, 41.3 faiz isə beynəlxalq qətnamələrin qeyd-şərtsiz geri çəkilmə barədə çağırışlarına zidd olaraq, Ermənistanın hələ də işğal altında saxladığı Dağlıq Qarabağ və yeddi ətraf rayon cavabını seçib.


Artur J. Finkelştayn & Assoşietys-in icraçı direktoru Corc Birnbaum bildirib ki, beş dəfə çox respondent dövlətin ən vacib məsələsi kimi, iqtisadiyyatdan çox, Dağlıq Qarabağı qeyd edib: “Bu, siyasət və hökumətin bütün aspektlərini o qədər əhatə edən həssas məsələdir ki, Qərbin bir çox müşahidəçiləri bunu sadəcə anlamır”.


Geosiyasi məsələlərə gəldikdə, respondentlərin 81.7 faizi bu fikirlə razılaşıb. Sorğuda qeyd olunur ki, Azərbaycan əksər ölkələrin qeyri-sabit olduğu bir regionda yerləşən sabitlik adasıdır: “Ən vacib məqam odur ki, Avropada baş verənləri nəzər alsaq, respondentlərin 71 faizi hesab edir ki, hazırki hökumət immiqrasiya böhranının Azərbaycana təsirinin qarşısını almağa qadirdir. Respondentlərin 80 faizdən çoxu hesab edir ki, təhlükəsizlik məsələlərində öz məlumatlarını qərb dövlətləri ilə bölüşən ölkə rəhbərliyi dövləti terror aktlarından müdafiə edir. Bu gün Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin 74.4 faizi tərəfindən dəstəklənir, 14 faiz seçici isə hələ seçimini etməyib. Beləliklə, dairələrin böyük əksəriyyətində Yeni Azərbaycan Partiyasının namizədlərinin uğur qazanacağı gözlənilir. Şübhəsiz, seçkilər eyni zamanda 2013-cü ildə yenidən seçilmiş Prezident İlham Əliyevin fəaliyyətinə dair referendum rolunu oynayacaq”.


“Hazırkı Prezident İlham Əliyevin fəaliyyətini ümumilikdə necə qiymətləndirirsiniz?” sualına respondentlərin 82.1 faizi yaxşı, yaxud əla cavabını verib.


“Sorğudan asanlıqla belə nəticəyə gəlmək olar ki, seçicilər dəyişiklik istəmir”,- deyə Birnbaum bildirib.


Onun sözlərinə görə, şirkət 2013-cü il seçkilərinin nəticələrini düzgün proqnozlaşdırmışdı: “Onlar siyasi-iqtisadi sabitlik, terrordan qorunmaq və seçdikləri nümayəndələrin Dağlıq Qarabağın qaytarılması uğrunda mübarizə aparmasını istəyir”.


Sorğu Azərbaycanda 28 sentyabr - 9 oktyabr tarixlərində 108 dairədə 1000 qeydiyyatlı seçici ilə üzbəüz aparılıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm