Nida.az
Azər Qasımov: "Bəzi QHT-lər mütəmadi olaraq qanunun tələblərini pozur"
Azərbaycanda bütün QHT-lər sərbəst fəaliyyət göstərir.
Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov BBC-nin sualını cavablandırarkən deyib.
A.Qasımov bildirib: “Milli QHT Forumu həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə fəal əməkdaşlıq həyata keçirir. Bildiyiniz kimi, QHT-lərin əsas rolu vətəndaş cəmiyyətinin fəaliyyətini konsolidasiya etməkdən, eləcə də korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini verməkdən ibarətdir. Əfsuslar olsun, Azərbaycanda bəzi qeyri-hökumət təşkilatları mütəmadi olaraq qanunun tələblərini pozur, QHT yaradan şəxslərin özləri isə çox vaxt şəxsi varlanma məqsədi güdür və digər qanunazidd hərəkətlər edirlər ki, bunu da vətəndaş cəmiyyətində pozuculuq fəaliyyəti kimi qiymətləndirmək olar. Qeyri-hökumət təşkilatlarının fəaliyyətini tənzim edən qanunvericilikdə çoxlu boşluqlar var idi. Bunlar da öz növbəsində bəzi QHT-lər tərəfindən yuxarıda sadaladığım qanun pozuntularının törədilməsi üçün münbit şərait yaradırdı. Bunları nəzərə alaraq, bu yaxınlarda QHT-lərin fəaliyyəti ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər edildi və bunun da əsas məqsədi QHT-lərin fəaliyyətində şəffaflığın tam təmin olunmasından ibarətdir. Qeyd etmək istəyirəm ki, bu istiqamətdə aparılan işlərin siyasi proseslərlə heç bir əlaqəsi yoxdur və QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi ideyası elə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün ideyası ilə də üst-üstə düşür”.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!