Nida.az
Ağalar Vəliyev seçiciləri ilə görüşdü - FOTOLAR
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP
tərəfindən namizədliyi irəli sürülmüş Vəliyev Ağalar İsrəfil
oğlunun Boluslu və Gürzallar kəndlərində seçiciləri ilə görüşü
keçirilib.
Görüşlərdə çıxış edən seçicilər bildiriblər ki, Ağalar Vəliyevin
rəhbərliyi ilə Murovdağdan rayonun 17 kəndinə içməli su çəkilib,
rayonun kanalizasiya sistemi yenidən qurulub. Artıq rayon
əhalisinin Ağalar müəllim haqqında geniş məlumatı var: "Biz öz
seçimimizi etmişik. Noyabrın 1-də Ağalar Vəliyevə yekdilliklə səs
verəcəyik".
Deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında çıxış
edərək cənab Prezident İlham Əliyevin prezidentliyi dövründə
respublikamızda, eləcə də respublikamızdan kənarda apardığı sosial
iqtisadi işlərdən geniş danışıb və seçiciləri 1 noyabrda YAP-ın
namizədinə səs verməyə çağırıb.
***
Ağalar Vəliyevin Goranboyun Tapqaraqoyunlu kəndində də seçiciləri
ilə görüşü keçirilib. Görüşdə YAP Goranboy rayon təşkilatının sədri
Elçin İsmayılov, namizədin vəkillərindən rayon ağsaqqallar
şurasının sədri Məzahir Zeynalov və Şahin Allahverdiyev çıxış
edərək namizədin tərcümeyi-halı və əmək fəaliyyəti barədə ətraflı
məlumat veriblər.
Tədbirdə çıxış edən Tapqaraqoyunlu kənd sakini Mühəndis İsmayılov
respublikamızda və rayonda gedən inkişafdan danışaraq qeyd edib ki,
Tapqaraqoyunlu kəndi münaqişə zonası olmasına baxmayaraq kənd
əhalisi ən çətin anlara sinə gələrək 37 şəhid veib, öz ana yurdunu
düşmən əlinə verməyib.
Kənd ağsaqqalı Tariyel Abbasov çıxışında qeyd edib ki,
Tapqaraqoyunlu kənd əhalisi artıq öz seçimini edib: "Biz bunu bir
daha seçki məntəqələrinə gələrək öz səsimizi verməklə sübut
edəcəyik".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!