Nida.az
Administrasiya: "Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur"
.jpg?v1660549371)
Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycanın hava məkanının sahəsi Xəzər dənizinin hissəsi də daxil olmaqla 168 min kvadratkilometr təşkil edir: "Hazırda Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət yoxdur".
Qeyd olunur ki, hər gün Azərbaycan hava məkanı ilə təxminən 400-450 uçuş (o cümlədən tranzit uçuşlar) həyata keçirilir ki, onların arasında da Qatar Airways, Turkish Airlines, Lufthansa, Air France, British Airways, Singapore Airlines və digər dünya şirkətlərinin hava gəmiləri var.
Uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir.

-
Sosial11:41
Pensiyaların ödənişi yekunlaşır
-
Sosial11:26
Laçında həlak olan əsgərlərə Şəhid statusu verildi
-
Hadisə11:05
Daha bir anti-korrupsiya ƏMƏLİYYATI: Vəzifəli şəxs həbs olundu
-
Avropa10:48
Danışıqlar prosesində Lavrov Consonu belə aldadıb
-
İdman10:07
"Qarabağ" - "Viktoriya" matçının hakimləri bəlli oldu
-
İdman09:18
İslamiada: Azərbaycan 58 medalla 4-cü pillədədir
-
Cənubi Qafqaz01:21
İrəvanda itkin düşənlərin sayı 27-yə yüksəldi
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çoxdan gözlədiyiniz olay yaşanacaq