• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Taleh Şahsuvarov: “Erkin Qədirli virtual səsverməni mənə uduzmuşdu”

  • Nida.az
  • 15 Oktyabr 2015 13:08
  • 895 Baxış
Taleh Şahsuvarov: “Erkin Qədirli virtual səsverməni mənə uduzmuşdu”

“Erkin Qədirli virtual səsvermələrdə mənə uduzmuşdu. Həm “sesverme.informasiya.org” saytında, həm də “namized.com” portalında keçirilən rəy sorğusunda mənim birinciliyimə yaxınlaşa belə bilməmişdi. Odur ki, Erkin Qədirlinin seçki yarışından çəkilməsi məni nə sevindirir, nə də təəssüfləndirir”- bu sözləri 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarov deyib.

O, “Real” Hərəkatının nümayəndəsi Erkin Qədirlinin onun üçün ortabab rəqib olduğunu bildirib: “Erkin Qədirli onsuz da qələbə əzmi nümayiş etdirə bilmirdi, seçiciləri öz zəfərinə inandırmağı bacarmırdı. Qələbə ruhu daşımayan bir şəxsin öz namizədliyini geri götürməsi seçicilərin 1 noyabr səsverməsində fəal iştirakına heç bir təsir edə bilməz”.

16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizəd Taleh Şahsuvarov virtual sorğularda reytinq birincisi olmasından da danışıb:

“Bu cür sorğular namizədin ictimai çəkisini müəyyən etməyə imkan verir. Mən son dərəcə səmimi, ardıcıl və cəsarətli bir şəkildə həm öz yazılarımla, həm də sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm. Bu, mənim vətəndaş mövqeyim və Azərbaycan Prezidentinin şəxsiyyyətinə bəslədiyim böyük simpatiyanın təzahürüdür. Prezident İlham Əliyevin hakimiyyətinin intellektual müdafiə xəttinin ənənəvi və yeni mediada əsas təmsilçilərindən biriyəm. Heç bir həssas dönəmdə mövqeyimi açıq bildirməkdən çəkinməmişəm. Bu yarışa Azərbaycan Prezidentinin ədalətinə və xalq tərəfindən ona göstərilən böyük dəstəyə güvənərək qatılmışam. Odur ki, ictimai rəy sorğularında 16 saylı Yasamal İkinci Seçki Dairəsindən deputatlığa namizəd kimi favorit olmağım son dərəcədə təbiidir”.

Taleh Şahsuvarov onu da deyib ki, Milli Şuranın sədri Cəmil Həsənlinin açıqladığı siyahının keçərsizliyi 1 noyabr gecəsi 16 saylı Yasamal İkinci Seçki Dairəsində birbaşa isbat olunacaq: “Milli Şura görünür artıq Münəccimlər Şurası kimi fəaliyyətə başlayıb. Cəmil Həsənli də özünü münəccimbaşı hesab edir. Rüstəm İbrahimbəyov kimi bir avantürüstin yaratdığı “qurum”un gec-tez parapsixologiya dərnəyinə çevriləcəyi gözlənilən idi. Cəmil Həsənli elə deputat “seçən”dirsə, birinci gərək öz mandatını qoruyaydı. Özünün, Əli Kərimlinin, Gültəkin Hacıbəylinin cəsarəti çatırdısa, marafona qatılaydılar. Ancaq çox yaxşı bilirlər ki, cəmiyyətdə heç bir nüfuzları yoxdur, qeyri-ciddi, marginallaşmış tiplərdilər. Bu addımı ilə Cəmil Həsənli sübut etdi ki, Nemət Pənahlı ilə eyni səviyyədədir. İctimai rəy göz qabağındadır. Yarandığı gündən bəri Milli Şuranın bütün möhtəkirliklərini ifşa etmişəm Səsvermə günü də xalqın və haqqın dəstəyi ilə siyasətlə münəccimliyi, analitika ilə falçılığı qarışdırmış Cəmil Həsənlini daha bir dəfə məyus edəcəyik”.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR