Nida.az
"Erməni lobbisi beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı "qara piar"la məşğul olur"
Azərbaycan beynəlxalq aləmdə öz nüfuzu ilə tanınan ölkəyə
çevrildi. Azərbaycanın 23 illik müstəqillik, inkişaf yolu var. Bu
inkişafı hər kəs çox yaxşı bilir. Lakin həm daxildə, həm də xaricdə
bəzi qüvvələr bu nailiyyətləri görmək istəmir, bəzi insanlar
şişirdərək qarışqadan fil düzəltməyə çalışırlar. Trend-in
məlumatına görə, bu barədə Prezident Administrasiyası rəhbərinin
müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov
Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların
I toplantısında çıxışı zamanı deyib.
PA rəsmisi bildirib ki, dünyada Azərbaycana qarşı erməni lobbisi
fəaliyyət göstərir: "Onların təsir dairəsində olan bəzi
siyasətçilər, mətbu orqanlar, ictimai qurumlar Azərbaycana qarşı
kampaniyalar aparırlar. Azərbaycanla bağlı uydurmalar, düzgün
olmayan məlumatlar yayırlar, yalanlar, böhtanlar yazırlar.
Beynəlxalq təşkilatlar çərçivəsində ölkəmizə qarşı "qara piar"la
məşğul olurlar. Azərbaycanın haqlı mübarizəsində bir övlad kimi
sizin üzərinizə mühüm vəzifə düşür".
N.Məmmədovun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlarda
çalışan azərbaycanlıların sayı günü-gündən artır: "Hazırda bu say
100-ə yaxındır. Həmvətənlərimiz keyfiyyət baxımından da
güclənirlər. Təşkilatlar daxilində daha yüksək vəzifələrə irəli
çəkilirlər. Bu gün beynəlxalq təşkilatlarda çalışanların ilk
toplantısı keçirilir. Yaxşı olardı ki, beynəlxalq təşkilatlarda
çalışanların toplantısı ənənəvi hal alsın. Həm bir-birinizlə, həm
də Azərbaycandakı təsisat və qurumlarla əlaqələr, əməkdaşlıq daha
da genişlənsin. Bunun üçün hər hansı bir forma yaradıla bilər. Hər
biriniz olduğunuz ölkədə, işlədiyiniz təşkilatda Azərbaycan
xalqının bir nümayəndəsi, səfirisiniz. Bu nöqteyi-nəzərdən bir
azərbaycanlı kimi sizin də üzərinizə məsuliyyətli iş
düşür".
PA rəsmisi deyib ki, bu gün Azərbaycanın 57 ölkədə səfirliyi, 10 ölkədə baş konsulluğu fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda 50-dən çox dövlətin səfirliyi, 3 ölkənin baş konsulluğu var. Dünyada 20-dən çox Azərbaycan təşkilatı, eyni zamanda, Azərbaycanda 20-dən çox təşkilatın nümayəndəliyi fəaliyyət göstərir.
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO