Avropa məhkəməsindən ermənilərə zərbə: “Erməni soyqırımı”...
Bizi izləyin

Nida.az

Avropa məhkəməsindən ermənilərə zərbə: “Erməni soyqırımı”...

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qondarma “erməni soyqırımı” ilə bağlı mühüm qərar qəbul edib.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, AİHM 1915-ci ildə baş verən hadisələrin “soyqırım” olmadığını dilə gətirdiyi üçün İsveçrə dövləti tərəfindən cəzalandırılan Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçəyin lehinə qərar çıxarıb.


D. Perinçək 2005-ci ildə İsveçrədə keçirdiyi konfransda “erməni soyqırımı” iddialarından danışarkən “bu imperialist bir yalandır” dediyi üçün bu ölkənin məhkəməsi tərəfindən müxtəlif cəzalara məhkum edilmişdi. Bundan sonra partiya sədri qərardan AİHM-ə şikayət etmişdi. AİHM D.Perinçəyin lehinə qərar çıxardaraq, bunun “söz azadlığı” haqqına uyğun olduğunu açıqlamışdı. İsveçrə hökuməti daha sonra apelyasiyaya şikayət vermişdi.

Nəhayət, AİHM tərəfindən bu gün çıxarılan qərarda birinci hökm qüvvədə saxlanılıb və D. Perinçək bəraət alıb.


Qərarda deyilir:


- 1915-ci il hadisələrinin həqiqət olması müzakirə mövzusudur. Bu mövzuda hər hansı hüquqi qərar yoxdur.

- Buna görə də 1915-ci ildə yaşananlar II Dünya müharibəsində baş verən yəhudi soyqırımından fərqlidir.

- Bu, tarixçilərin araşdırmalı və müzakirə etməli olduğu məsələdir. Ona görə də bu məsələdə parlamentlər və məhkəmələr qərar verə bilməz.


- 1915-ci il hadisələrinin “soyqırımı” olduğunu inkar etməyin qanunla qadağan olunması və buna görə cəzaların verilməsi söz azadlığına qarşıdır. Bu cür qadağalar və cəzalandırmalar AİHM-nin 17-ci maddəsi ilə dəyərləndirilə bilməz.


Qərarı şərh edən türkiyəli ekspertlər hesab edirlər ki, AİHM-nin bu qərarı “erməni soyqırımını” tanıyan dövlətlərin və bu məsələni dərsliklərə daxil edən ölkələrin də geri çəkilməsinə səbəb olacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm