Nida.az
Müsavatdan Gültəkin Hacıbəyliyə sərt ittihamlar: “Visa" kartla ödəniş edib...”

Müsavat Partiyası Məclisinin üzvü, partiya başqanının qardaşı Mustafa Hacıbəyli Milli Şura üzvü Gültəkin Hacıbəylini sərt tənqid edib.
Publika.az xəbər verir ki, M. Hacıbəyli Müsavat
partiyasının saytında “Gültəkin Hacıbəyliyə açıq sual” başlıqlı
məqalə yayımlayıb.
“Bu gün iqtidarda təmsil olunan hansısa bir şəxsin bir neçə
il sonra müxalifətçilərə mübarizə və mənəviyyat dərsi keçməsinin
şahidi olsanız, heç təəccüblənməyin. Çünki bir neçə il əvvələ qədər
hakimiyyətin yanında yer alan, Avropa Şurasında ehtiraslı çıxışlar
edən insanlar var ki, ya zəlzələdən, ya vəlvələdən iqtidardakı
mövqelərini itirdikdən sonra müxalifətə keçiblər və bu gün
müxalifətçilərə mübarizə və mənəviyyat dərsi keçirlər.
Gültəkin Hacıbəyli kimi... Bu gün “Azadlıq” qəzeti yazıb ki, Gültəkin Hacıbəyli seçkiyə gedənləri “darmadağın” edib. Gültəkin Hacıbəyli 10 il deputat olub. Deputatlığı dövründə hakimiyyətin böyük etimadını qazanan Gültəkin Hacıbəyli Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan milli nümayəndə heyətinin üzvü olub. Müxalifət “tövbənin qapısı açıqdır” prinsipilə belə bir şəxsi öz sıralarına qəbul edibsə, bu o deməkdirmi ki, həmin şəxsin on illər boyu həyatını mübarizəyə həsr etmiş insanlara mənəviyyat və mübarizə dərsi keçməyə haqqı var? Müxalifət prinsipiallığın plankasını o vaxt aşağı salıb ki, sıralarını genişləndirmək naminə belə şəxsləri düşərgəyə qəbul edib. Milli Şuranın sədri Cəmil Həsənli bu yaxınlarda yazıb ki, Gültəkin Hacıbəyli bütün həyatını Azərbaycana həsr edib. Hanı, ədalət uğrunda mübarizə aparacaqdınız? Budurmu ədalət?” - deyə M. Hacıbəyli qeyd edib.
Müsavat üzvü əlavə edib ki, Gültəkin Hacıbəyli “Visa” kartla
gündəlik ödəniş edib öz “facebook” səhifəsində “layk”
toplayır.
Asif Nərimanlı

-
Dünya17:48
Ərdoğanla Zelenskinin görüşü yekunlaşdı - YENİLƏNDİ
-
Avropa17:30
Almaniya tarixi torpaqlarını Polşadan geri istəyir... - ŞOK SSENARİ
-
Hadisə17:26
İki məmur vəzifəsindən getdi
-
Rəsmi xronika16:00
Prezidentdən YENİ FƏRMAN
-
Dünya15:02
Ərdoğan Lvovdadır - YENİLƏNDİ
-
Hadisə14:44
Samuxda qazi özünü yandırdı - RƏSMİ
-
Hadisə14:21
FHN-nin qalmaqallı polkovniki həbs olundu
-
Hadisə13:41
“Qalaaltı” yaxınlığında meşə yanğını söndürüldü - FHN