Nida.az
Suriyada toqquşan Ankara və Moskvanın Cənubi Qafqaz MÜBARİZƏSİ

Suriyada toqquşan Türkiyə və Rusiyanın Cənubi Qafqaz uğrunda mübarizəsi də genişlənəcək.
Publika.az xəbər verir ki, Türkiyənin “Beynəlxalq
Siyasət Akademiyası” beyin mərkəzi pisləşən Türkiyə-Rusiya
münasibətlərinin Azərbaycanın da yerləşdiyi regiona mənfi
təsirlərini araşdırıb.
Mərkəz Ankara və Moskvanın çox da yaxşı olmayan münasibətlərinin
Krımın ilhaqından sonra uçuruma doğru getdiyini yazır: “Türkiyə
hələ Ukrayna böhranına yol açan Krımın ilhaqından sonra Rusiyanın
ona qarşı olduğunu anlamışdı. Rusiya Ermənistana dəstək verən, onu
hərbi və siyasi olaraq qoruyan, Dağlıq Qarabağ münaqişəsinin həll
olunmasına əngəl olan önəmli aktordur. Rusiya Türkiyənin strateji
müttəfiqi olan Azərbaycana uzun müddət ərzində təzyiq edib. Moskva
Türkiyənin Cənubi Qafqazda ən önəmli müttəfiqlərindən olan
Gürcüstanın da ərazi bütövlüyünü pozub”.
Məqalədə qeyd olunur ki, NATO-nun üzvü olan Türkiyə Rusiya
tərəfindən həmişə rəqib olaraq qəbul olunub.
“Rusiya Suriyada İran və Hizbullahı, eləcə də mərkəzi İraq
hökumətini yanına alaraq Əsədə dəstək verir. Moskvanın bu
strategiyasının arxasında Yaxın Şərq-Şərqi Aralıq dənizi çanağında
regional hərbi güc əldə etmək və özünün qlobal güc olmasını təmin
etmək dayanır. Rusiya bunun üçün qlobal olaraq Avroatlantik
ittifaqı, regional olaraq da bu ittifaqın bir parçası olan Türkiyə,
Səudiyyə Ərəbistanı və Qatar kimi ölkələrlə savaşmaq lazım olduğunu
anlayır.
Rusiyanın Suriyada əməliyyat keçirən hərbi təyyarələrinin Türkiyə hava məkanını pozması Ankaraya Şimali Suriyada təsir imkanlarının itirməsi haqda mesaj idi. ABŞ Əfqanıstan və İraqdakı uğursuzluqdan sonra Yaxın Şərqə birbaşa qoşun çıxarmaq istəmir və bu, onun istər-istəməz təsir imkanlarını azaldır. Moskva da bundan istifadə edərək, Şam və Bağdadı idarə edəcək “dördlər ittifaqını” (Rusiya, İran, İraq və Əsəd rejimi) dövriyyəyə salıb. Lakin bu ssenari Yaxın Şərqdə şiə blokunu güclənməsinə, sünni blokunun zəifləməsinə səbəb olacağı üçün bu və ya digər formada Vaşinqtonun müdaxilə etməyinə zəmin yaradacaq”, - deyə məqalədə qeyd olunub.
Beyin mərkəzi hazırda Rusiyanın Türkiyənin üzərinə gəlməsinə səbəb
olan amili belə şərh edir: “ABŞ və NATO hava məkanının pozulması
kimi bəsit bir şeyə görə Rusiyaya müharibə elan etməyəcəklər. Bunu
Türkiyə də yaxşı bilir. Digər tərəfdən, istər NATO müttəfiqləri
arasında Rusiyaya qarşı münasibətin birmənalı olmadığı, istər
ABŞ-ın Yaxın Şərqə əsgər çıxarmaq istəməməsi, istərsə Ukraynada
davam edən böhranın Suriyaya görə yenidən alovlanacağı və Şərqi
Avropaya sıçrayacağı qorxusu Qərbin çəkinməsinə səbəb olur. Buna
görə də hazırda Türkiyə regionda təklənib. Rusiya da bu amildən
istifadə edərək Türkiyənin üzərinə gəlir, onun dəstəklədiyi
müxalifəti hədəf alır və ona qarşı olan kürdlərə dəstək verir”.
Lakin mərkəz Rusiyanın Türkiyəni tamamilə gözdən çıxartdığını hesab
etmir.
“Sadəcə olaraq, hazırkı vəziyyətdə Türkiyə Rusiya ilə eyni səfdə
yer almadığı üçün Moskva bu addımları atır. Amma onun əsas istəyi
Türkiyəni yanına çəkməkdir”, - deyə beyin mərkəzi bildirir.
Məqalədə Suriyada toqquşan Ankara və Moskvanın yaxın zamanda Cənubi
Qafqazda da üz-üzə gələcəyi istisna olunmur. Qeyd olunur ki, Rusiya
və Türkiyə Cənubi Qafqazda hakim olmaq uğrunda yeni mübarizə
dönəminə girə bilər.
Asif Nərimanlı

-
Sağlamlıq15:01
Gülşən səhnəyə elə geyimdə çıxdı ki... - FOTO
-
ABŞ12:14
NATO-nun ABŞ-a etdiyi bu çağırış Rusiyanı HƏRƏKƏTƏ GƏTİRDİ
-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Digər11:37
Dünya şöhrətli yazıçı Rüşdiyə görə ölümlə HƏDƏLƏNDİ: "Növbəti sizsiniz"
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ
-
MDB10:00
Kadırov AÇIQLADI: Donbasa yeni könüllülər qrupu yollandı - VİDEO