İşğal olunmuş ərazilərlə bağlı layihə təbliğ edilməlidir - ÇAĞIRIŞ
Bizi izləyin

Nida.az

İşğal olunmuş ərazilərlə bağlı layihə təbliğ edilməlidir - ÇAĞIRIŞ

İşğal olunmuş ərazilərlə bağlı layihə təbliğ edilməlidir

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi beynəlxalq prinsiplərdən irəli gəlir və əksər ölkələr, təşkilatlar tərəfindən dəstəklənir. Trend-in məlumatına görə, bu barədə xarici işlər nazirinin müavini Araz Əzimov Bakıda keçirilən beynəlxalq təşkilatlarda işləyən azərbaycanlıların I toplantısında çıxışında deyib.

A.Əzimov bildirib ki, Azərbaycanın mövqeyi beynəlxalq hüquqdan irəli gəlir və bu, ərazi bütövlüyünün toxunulmazlığıdır.

Nazir müavini qeyd edib ki, Azərbaycanın işğal olunmuş ərazilərindən olan insanların öz doğma torpaqlarına qayıtması ilə bağlı "Böyük qayıdış" layihəsi beynəlxalq təşkilatlarda təbliğ edilməlidir: "Azərbaycanda öz yerlərini məcburi dəyişən qaçqın və məcburi köçkünlər var, onlar unudulmamalıdır. Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemləri həll olunur, amma onların yeni yaşayış yerlərinə köçürülməsi müvəqqətidir və buna məsələnin həlli kimi baxılmamalıdır, çünki onların probleminin həlli yalnız öz torpaqlarına qayıtmaları ilə olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm