“İsa Qəmbərin "rəhmətə getməsi"ndən 12 il keçir” – NİDA-çıdan maraqlı REPLİKA
Bizi izləyin

Nida.az

“İsa Qəmbərin "rəhmətə getməsi"ndən 12 il keçir” – NİDA-çıdan maraqlı REPLİKA

“İsa Qəmbərin siyasi olaraq rəhmətə getməsindən 12 il keçir, ruhu şad olsun, amin”.


Publika.az xəbər verir ki, bu fikirləri NİDA hərəkatının üzvü Zaur Qurbanlı 2003-cü ilə işarə vuraraq sosial şəbəkədə yazıb.


Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin reaksiyası özünü çox gözlətməyib.


“İlk dəfə 1990-cı ilin yanvarından sonra dedilər ki, Əbülfəz Elçibəy və İsa Qəmbər (ov) siyasi meyitdir. Mark Tven demişkən, “mənim ölümüm barədə şayiələr bir qədər şişirdilib”, - deyə keçmiş başqan cavabında bildirib.


Z. Qurbanlı isə “Məncə, artıq doğulmuşları görmədən bunu arzulamaq özü də artıq siyasətdə olmadığınızı göstərir. Çox istərdim ki, siyasətçi məsuliyyətini kənara qoyub bu barədə yazasınız, Azərbaycan bu yazıdan çox şey qazanardı” deyə cavab verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm