Nida.az
Pol Qobl: “Bu halda Rusiya Qarabağa...”

“Dağlıq Qarabağ Azərbaycanın nəzarəti altına keçsə, Rusiya öz qoşunlarını bölgəyə yeridə bilər”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət
Departamentinin keçmiş SSRİ məsələləri üzrə xüsusi məsləhətçisi,
Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl
deyib.
“Müharibə başlasa, Qərb...”
Onun sözlərinə görə, bunun üçün Rusiyaya sadəcə olaraq müəyyən vaxt
lazımdır: “Lakin əminəm ki, Moskva bunu edəcək. Rusiya heç vaxt
Ermənistanın müttəfiqi olmayıb və zərurət yaranacağı təqdirdə onu
satacaq. Qərb regionda lazımlı təsir imkanlarına malik olmadığı
üçün müharibə yenidən başlayacağı halda məsələni Moskvanın öhdəsinə
buraxacaq”.
“Zərurət olanda Rusiya Ermənistanı satacaq”
P. Qolb qeyd edib ki, son dövrlər münaqişə ilə bağlı vəziyyət
dəyişib. “Moskva Bakını Qərbin deyil, öz yanına çəkmək üçün
inandıra bilsə, Ermənistanı hər zaman satmağa hazırdır. Bu,
iqtisadi və geosiyasi məsələlərdən irəli gəlir. Bu gün Rusiya və
Türkiyə münasibətlərinin kəskinləşdiyini demək mümkündür. Buna görə
də Azərbaycanın kiçik də olsa seçim imkanları var. Ermənistanın
yanında isə heç kəs yoxdur. Yalnız İran istisnadır, lakin İrana
tərəf çevrilmək Ermənistan üçün təhlükəlidir”.
Yaxın gələcəkdə genişmiqyaslı müharibə ehtimalını şərh edən
amerikalı analitik bildirib ki, heç kəs bunu istəmir.
“Əslində, son dövrlər Bakı və Moskva arasında Qarabağla bağlı
müəyyən razılaşmanın olduğunu demək mümkündür. Müharibədə
yeniləcəyi təqdirdə də Qərb geri çəkiləcək, çünki regiona təsir
imkanları zəifdir. Rusiya isə Cənubi Qafqaza yaxşı təsir edə bilir,
xüsusilə Azərbaycan Moskvanın yanında yer alarsa, bu, onun üçün ən
böyük qazanc olacaq”, - deyə amerikalı analitik vurğulayıb.
“Ki-Uestdə Heydər Əliyev razı idi”
P. Qoblun fikrincə, ATƏT-in Minsk qrupu Qərb üçün faydalı idi:
“Minsk qrupunda Rusiyanın veto hüququ var. Əgər ABŞ münaqişənin
həllində əsas rola malik olsaydı, İrəvan və Bakı Ki-Uestdə razılığı
imzalamağa məcbur edilərdi. Heydər Əliyev Azərbaycanın maraqları
baxımından imza qoymağa hazır idi. Lakin Moskva bunu bloklamaq üçün
Minsk qrupundan istifadə etdi. Hesab edirəm ki, Rusiya Minsk
qrupuna qısa müddətli perspektivdə lazımlı struktur kimi baxır.
Çünki bu qrupda Moskva özünü konstruktiv vasitəçi kimi göstərə
bilir. Hərçənd Qərbdə bəzi insanlar kimi Kremldə də heç kəs Minsk
qrupunu ciddi qəbul etmir”.
Asif Nərimanlı

-
Nida Xəbər 10:35
Ceyhun Bayramov Ankaraya getdi
-
Sosial10:16
Pensiyalar bu tarixdə veriləcək
-
Sosial10:08
Un və çörək bahalaşacaq - VİDEO
-
Nida Xəbər 09:40
MN-dən Ermənistana növbəti XƏBƏRDARLIQ
-
Avropa08:13
Fransa Pentaqonun yeni taktikasını DEŞİFRƏ ETDİ
-
Ekologiya07:17
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Sosial00:40
DTX-dan əməliyyat: tanınmış broker HƏBS EDİLDİ
-
Qoroskop00:15
Günün ULDUZ FALI: ifrat yorğunluğa düçar olacaqsınız