Nida.az
Natiq Məmmədli: “Seçkidə iştirak edənlər öz maliyyələri ilə təşviqat aparmalıdırlar”

“Seçkidə iştirak edən qüvvələr öz maliyyə fondlarını
formalaşdırmalı və həmin maliyyə fondundan istifadə etməklə öz
təşviqatlarını qurmalıdırlar”.
Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki
Komissiyasının (MSK) sədrinin müavini Natiq Məmmədov deputatlığa
namizədlərə pulsuz efir vaxtı və mətbuatda yer ayrılmaması ilə
bağlı məsələyə münasibət bildirərkən deyib.
N. Məmmədov bildirib ki, inkişaf etmiş dünya ölkələri qəbul edib
ki, seçkidə iştirak etmək istəyirsənsə, maliyyə əsaslarını,
şərtlərini özün həll etməlisən, bunu dövlət həll etməli deyil:
“Müəyyən istisnalar var, bizim dövlət də bu istisnalara daxildir.
Biz dövlət büdcəsi hesabına seçkilərdə iştirak edən insanlara belə
şərait yaradırıq, həmin şəxs mübarizə aparır, nəticədə hətta qalib
də ola bilir”.
MSK sədrinin müavini kimlərin pulsuz təşviqat apara biləcəyinə
aydınlıq gətirib.
“Pulsuz təşviqata imkanı qanun o halda tanıyır ki, xüsusi subyekt
statusu əldə edilmiş olsun, yəni siyasi partiya və ya blok
tərəfindən ölkədə mövcud olan seçki dairələrinin 60-dan çoxunda
namizəd qeydə aldırmış olsun. Başqa sözlə, bir partiyanın, blokun
60-dan çox namizədi varsa, bu imkandan istifadə edə bilər. Bizim
təcrübə göstərir ki, Yeni Azərbaycan Partiyasından başqa 60-dan çox
namizəd qeydə aldırmaq, bu cür potensiala malik olan partiyalar
yoxdur. Yeni Azərbaycan Partiyası da könüllü şəkildə bu pulsuz
təşviqatdan imtina edib. Nəticə etibari ilə bu partiyadan başqa
pulsuz efir vaxtı və mətbuatda dərc yerinin alınması hüququna malik
subyekt yarana bilmir”, - deyə o qeyd edib. (APA)

-
Ekologiya11:55
Sabah hava necə olacaq?
-
Magazin111:03
Bülent Ersoyun inanılmaz dəyişimi - VİDEO
-
Magazin210:49
Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO
-
Nəqliyyat10:35
Bakı-Moskva təyyarəsində texniki problem aradan qaldırıldı - YENİLƏNDİ
-
MDB10:00
Kadırov AÇIQLADI: Donbasa yeni könüllülər qrupu yollandı - VİDEO
-
Sosial09:49
Bakının bu rayonunda SU OLMAYACAQ
-
Avropa09:31
Ukrayna ordusu rusların iki sursat anbarını KÜLƏ ÇEVİRDİ
-
Ekologiya07:17
Bu gün havanın hərarəti 41 dərəcəyə yüksələcək