​İranın hərbi gəmiləri Azərbaycana gəlir
Bizi izləyin

Nida.az

​İranın hərbi gəmiləri Azərbaycana gəlir

İran Hərbi Dəniz Qüvvələrinə məxsus Xəzər dəniz donanmasının üç hərbi gəmisi Bakıya gələcək.

"Report" xəbər verir ki, bu barədə İranın "Fars" agentliyinə müsahibəsində eskadra komandiri kapitan Əhməd Rıza Baqiri məlumat verib.

Onun sözlərinə görə, səfər əvvəlcədən planlaşdırılıb.

"Mehr" agentliyi yazır ki, səfər dostluq xarakteri daşıyacaq. Eskadra Bakı limanına Rusiyanın Həştərxan vilayətindən yollanacaq. Səfər iki həftə davam edəcək.

"İran HHQ-nin gəmiləri - "Damavand" esminesi, həmçinin iki raket kateri "Cuşan" və "Peykan" bu gün Rusiyanın Həştərxan limanına yola düşüb. "Damavand", "Cuşan" və "Peykan" İranın şimalındakı Bəndər-Ənzəli şəhərindən yola düzəlib", - deyə məlumatda bildirilir.

"Həştərxana daxil olduqdan sonra eskadra Bakı limanına dostluq səfərinə yollanacaq və iki həftə sonra geri qayıdacaq", - deyə eskadra komandiri bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm