İŞİD-in yeni marşrutu Cənubi Qafqazdır?
Bizi izləyin

Nida.az

İŞİD-in yeni marşrutu Cənubi Qafqazdır?

MDB ölkələri radikal qruplaşmalara qarşı birgə mübarizə istiqamətində əməkdaşlığa başlayır.


Publika.az xəbər verir ki, Rusiya başda olmaqla birlik ölkələri ilk növbədə Tacikistan-Əfqanıstan sərhədlərində mühafizəni gücləndirməyi düşünür.


Rusiya Müdafiə Nazirliyinin adının açıqlanmasını istəməyən generalı “Röyters”ə bildirib ki, əsas təhlükə Mərkəzi Asiyada fəallaşan radikalların hücuma keçməsidir: “Onlar Rusiya, həmçinin, digər MDB ölkələrinin daxilinə sıza və burada ciddi təhlükələrə səbəb olacaq addımlar ata bilərlər. Bu təhlükə Əfqanıstan sərhədlərindən başlayaraq Qafqaza qədər uzanır”.


Ötən həftənin sonu Qazaxıstanda keçirilən MDB sammitində Azərbaycan, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan və Rusiya dövlət başçıları bu məsələni müzakirə ediblər. Sammitə Moldova xarici işlər nazirinin müavini, Ukrayna isə baş nazirin müavini səviyyəsində qatılıb. Türkmənistan prezidenti isə sammitə gəlməyib. Diqqət çəkən məqam türkmanbaşının xarici işlər nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini Vaşinqtona göndərməsidir.


MDB icraçı katibi Sergey Lebedev isə jurnalistlərə açıqlamasında təhlükənin ciddiliyindən danışaraq buna qarşı MDB ölkələri arasında ittifaqın qurulmasının vacibliyini vurğulayıb.


“Röyters” yazır ki, Rusiya Suriyaya müdaxilədən sonra radikalların Əfqanıstan sərhədindən ona hücum edəcəyindən narahatdır. Kreml Rusiyada ekstremizmi dayandırmağa məcbur olduğunu dilə gətir. Lakin Qərb ölkələri hesab edirlər ki, Moskva SSRİ damğası ilə itirdiyi qlobal gücünü qaytarmaq üçün çalışır. İddialara görə, Rusiya Əfqanıstana müdaxiləyə şərait yaratmaq üçün də əsas yaradır.


Bu arada Rusiyanın lenta.ru saytı Qafqaz və Mərkəzi Asiya regionu üçün ekstremistlərin təhlükəsini anons edib.

“Rusiyanın hava qüvvələrinin Suriyada keçirdiyi əməliyyatlardan sonra İŞİD ekstremistləri regionda fəaliyyətlərini yeni düzəlişlər edir, başqa regionlara üz tuturlar. Onların növbəti marşrutunun hara olacağı dəqiq deyil. Lakin Mərkəzi Asiya və Cənubi Qafqaza gələcəkləri istisna deyil. Məlumdur ki, Gürcüstanda Pankisi dərəsində İŞİD tərəfdarları kifayət qədərdir, Azərbaycanda da radikallar mövcuddur”, - deyə sayt yazır.


Şərqşünas Andrey Areşev hesab edir ki, Suriyanı tərk edən İŞİD döyüşçülərinin ilk marşrutu İordaniya və Türkiyə ola bilər: “Həmçinin, Qafqaz, Ural-Volqa bölgəsi və Mərkəzi Asiya əsas marşrutlar sırasındadır”.


Sayt qeyd edir ki, Suriyada döyüşçülərin qayıdışı Orta Asiyada və Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini psiləşdirəcək.


Asif Nərimanlı



Oxumağa davam et
Reklam
Reklam

Gündəm