Nida.az
Prezident və xanımı Şirvanşahlar Sarayında yeni muzey ekspozisiyası ilə tanış olublar (FOTO)
Martın 17-də Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası təqdim edilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni ekspozisiya ilə tanış olublar.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Bakının qədim tarixinin rəmzlərindən olan, min illik tarixə malik Şirvanşahlar dövləti hökmdarlarının iqamətgahı, orta əsr Şərq memarlığının nadir incilərindən biri, YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində yeni muzey ekspozisiyasını təqdim edib.
Dövlət tarix-memarlıq qoruq-muzey statusunu almış Şirvanşahlar Sarayı Kompleksi tarixində ilk dəfə olaraq qonaqları müasir dünya standartlarına cavab verən muzey ekspozisiyası ilə qarşılayacaq. İçərişəhər ərazisində yerləşən çoxsaylı tarixi abidələrin qorunub saxlanılması, bərpası və təbliği sahəsində həyata keçirilən genişmiqyaslı işlər Prezident İlham Əliyevin milli mədəni irsimizə göstərdiyi daimi diqqət və qayğısı nəticəsində mümkün olub.
Ölkəmizin mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq
irsinin incilərindən biri olan İçərişəhərin qorunmasında və dünyada
tanıdılmasında Azərbaycanın birinci xanımı, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və onun rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun böyük rolu xüsusi qeyd edilməlidir.
Məhz, Heydər Əliyev Fondunun təşəbbüsü ilə maddi-mədəniyyət
abidələrimizin, xalqımızın zəngin mənəvi irsinin qorunması və
təbliği istiqamətində müxtəlif layihələrin ardıcıl olaraq həyata
keçirilməsi nəticəsində Azərbaycan mədəniyyəti dünya miqyasında
tanınmağa başlayıb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Şirvanşahlar
Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyası ilə
yaxından tanış oldular.
Bildirildi ki, Şirvanşahlar Sarayı Kompleksində muzey
ekspozisiyasının hazırlanması prosesində abidənin tarixi, memarlıq
xüsusiyyətləri, saray həyatı və burada yaşamış hökmdarlar haqqında
elmi tədqiqatlar aparılıb, müvafiq məlumatlar toplanaraq
sistemləşdirilib. Yeni ekspozisiyanın yaradılmasına yerli və xarici
mütəxəssislər cəlb olunmuş və bu işlər dünya muzeylərinin tərtibatı
sahəsində ixtisaslaşan Avstriyanın "Arteks" şirkəti ilə birgə
həyata keçirilib. Ekspozisiyada zəngin muzey eksponatları ilə
yanaşı, videoproyeksiya, animasiyalı multimedia, audio və video
təqdimatlardan da geniş istifadə olunub. Bununla yanaşı,
Şirvanşahlar Sarayı Kompleksində qonaqlar ilk dəfə multimedia
bələdçilərindən də faydalana biləcəklər.
"İpad Mini" bazasında hazırlanmış multimedia bələdçisi
vasitəsilə ekspozisiyanın mövzuları ilə bağlı audio yazını
Azərbaycan, ingilis, rus, alman və fransız dillərində dinləmək,
müvafiq foto və video materiallarla tanış olmaq mümkün olacaqdır.
Sarayın taxt-tac zalının tərtibatı və burada nümayiş etdirilən
eksponatlar və video təqdimatlar Şirvanşahlar dövründə olan
ab-havanı və interyer elementlərini təsəvvür etməyə imkan
yaradacaq, Şirvanşahların tarixinin həcmli animasiyalı modeli isə
buraya gələnlərdə xüsusi maraq doğuracaqdır. Muzeydə, həmçinin
saray həyatı, şəhər memarlığı, etnoqrafiya, musiqi, xəttatlıq,
arxeologiya kimi maraqlı mövzular da təqdim olunur.
Dövlətimizin başçısı və xanımı kompleksin ayrı-ayrı sahələrini
gəzdilər, burada yaradılan şəraitlə tanış oldular.
Məlumat verilib ki, yeni muzey ekspozisiyası, həmçinin Saray
Kompleksinin ikimərtəbəli yaşayış binasının əvvəllər bura gələnlər
üçün bağlı olan aşağı mərtəbəsini də əhatə edir. Binanın aşağı
mərtəbəsinin otaqlarında Şirvanşahların dənizdən müdafiə
istehkamına - Bayıl Qəsrinə aid geniş ekspozisiya da təqdim edilir.
Bununla yanaşı, muzey ekspozisiyasına hazırlıq mərhələsində Saray
Kompleksinə daxil olan yaşayış binasının divarlarının əzəli daş
hörgüsü bərpa edilib, ərazidə abadlıq işləri aparılıb.
-
Sosial21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO
-
Art19:36
Azərbaycan və Türkiyə birgə film çəkəcəklər - ADI AÇIQLANDI
-
Elm və təhsil19:12
Emin Əmrullayev ona VƏZİFƏ VERDİ
-
Kriminal18:12
Tulin Ələkbərovanın sevgilisi tərəfindən döyülməsi faktı araşdırıldı: nəticə... - VİDEO
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO