Nida.az
BAXCP Krımla bağlı bəyanat qəbul etdi
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə
Heyətinin növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən
Publika.Az -a verilən məlumata görə, iclasda
qərarların icra vəziyyəti və ölkədəki ictimai-siyasi durum müzakirə
olunub.
Daha sonra Krım Muxtar Respublikasında baş verən son vəziyyətlə bağlı bəyanat qəbul olunub. Bəyanatda bildirilir: “Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Krım Muxtar Respublikasının ərazisində Rusiya Federasiyasının hərbi iştirakı və dəstəyi ilə, bu torpaqların tarixi sahibləri olan Krım tatarlarının iradəsinə və Ukrayna Konstitusiyasına zidd olaraq keçirilən referendumu kəskin şəkildə pisləyir, Rusiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırır.
BAXCP Krım tatarlarının öncə çar, daha sonra isə Sovet Rusiyası tərəfindən öz tarixi vətənlərində dəfələrlə amansız təqib və təzyiqlərə, repressiyaya, məcburi köçürülməyə məruz qaldıqlarını önə çəkərək, Rusiya Federasiyasının Krım Muxtar Respublikasının ərazisində qanunsuz hərbi iştirakını bu xalqa qarşı həyata keçirilən etnik təmizləmə siyasəti kimi dəyərləndirir, zəmanətçi dövlətlərin tapşırığı ilə ordunun təcavüzə qarşı gücsüz olduğunu əsas gətirərək gözləmə mövqeyi tutan Ukraynanı taleyin ümidinə buraxdığı vətəndaşlarının, o cümlədən Krım tatarlarının təhlükəsizliyini təmin etmək üçün əməli addımlar atmağa dəvət edir”.
BAXCP hesab edir ki, Türkiyə, Osmanlı dövləti ilə müttəfiq olduqları üçün torpaqları türk-rus müharibəsi nəticəsində Rusiya tərəfindən işğal edilmiş və hazırda yenidən Rusiyanın hərbi təcavüzünə məruz qalan Krım türklərinin təhlükəsizliyinin təmin olunması üçün əməli addımlar atmalıdır.
BAXCP hesab edir ki, çoxmillətli Rusiya Federasiyası, Rusiyada
və bölgədə yaşayan xalqların qarşısındakı tarixi məsuliyyətini dərk
etməli, dünyada etnik və aqressiv separatizmi stimullaşdırmaqdan əl
çəkməli, belə davranışların əks effekt verə biləcəyi və daha acı
nəticələrə yol açacağı ehtimalını göz önünə almalıdır.
Asif
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...