Arif Hacılı: “Müsavat Razi Nurullayevin AXCP-sini tanımır”
Bizi izləyin

Nida.az

Arif Hacılı: “Müsavat Razi Nurullayevin AXCP-sini tanımır”

Müsavat Partiyası Razi Nurullayevin yaratdığı Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) tanımır.


Publika.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı “facebook” səhifəsində yazıb.


Onun sözlərinə görə, Müsavat AXCP adında yalnız bir partiya tanıyır: “Bu təşkilat öz qurultayını sentyabr ayının 27-də keçirərək, növbəti dövr üçün rəhbərliyini seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqa təşkilatdır. Ədliyyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək”.


Qeyd edək ki, R. Nurullayevin rəhbərlik etdiyi AXCP qanadı oktyabrın 18-də qurultay keçirərək, Əli Kərimlidən kənar partiya yaradıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm