Nida.az
Daha bir komitə yoxlamaları dayandırdı – PREZİDENT QƏRARI

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyəti yenidən təşkil olunacaq.
Publika.az xəbər verir ki, bununla bağlı komitənin kollegiya iclasında qərar qəbul edilib.
İclasda çıxış edən sədr Ramiz Həsənov bildirib ki, dövlət başçısının yoxlayıcı orqanlarla bağlı tapşırıqlarına uyğun olaraq, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin fəaliyyəti sahəsində müasir təcrübənin tətbiqi ilə bağlı da işlər davam edir.
Sədr həmçinin dövlət başçısının maliyyə intizamının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, ixracyönümlü məhsul istehsalının genişləndirilməsi və təşviqi, sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, korrupsiya və rüşvətxorluğa, iqtisadi inkişafa süni maneələrə qarşı mübarizənin gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması sahəsində tələblərini nəzərə alaraq, əlavə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verib.
R.Həsənov bildirib ki, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin gücləndirilməsi, müasir standartların tətbiqi ilə rəqabətqabiliyyətli məhsulların istehsalını genişləndirmək məqsədilə artıq işlərə başlanılıb. Uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası fəaliyyəti təkmilləşdirilib. Sədrin sözlərinə görə, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası zamanı əsas meyar məhz sahibkarlara dəstəyin göstərilməsi, standartlara uyğun məhsul istehsalını təmin etmək üçün zəruri olan metodiki və praktiki köməkliyin göstərilməsidir.
Bununla yanaşı öncədən tərtib olunmuş və Ədliyyə Nazirliyinin müvafiq reyestrində qeydiyyatdan keçən plan üzrə yoxlamaların dayandırılması, məhsul (iş, xidmətlərin) keyfiyyət və nəzarət sisteminin beynəlxalq təcrübəyə əsaslanaraq təşkili məqsədilə qısa zamanda təkliflərin hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması, qeyri-neft sektorunun inkişafı məqsədilə ixracyönümlü məhsulların istehsal həcminin artırılması üçün sahibkarlara əsaslı köməkliyin göstərilməsi ilə bağlı akkreditasiya olunmuş uyğunluğun qiymətləndirilməsi orqanlarına tövsiyələrin verilməsi ilə bağlı qərar qəbul olunub.

-
MDB08:19
Rusiya inamını itirir: Putin gizli şəkildə Qara dənizdə... - SENSASİYA
-
MDB01:59
Ruslar Xarkovu atəşə tutdu: ölənlər və yaralananlar var
-
MDB00:13
Rusiyadan Krımla bağlı təcili addım...
-
Rəsmi xronika17 Avqust 23:39
İlham Əliyev: “Müslüm həmişə bizimlədir”
-
Avropa17 Avqust 21:09
Serbiya Kosovoda hərbi əməliyyat keçirəcək? - Vuçiç ELAN ETDİ
-
Elm və təhsil17 Avqust 19:37
Bağçalara işə qəbul üzrə test imtahanı BU TARİXDƏ keçiriləcək
-
Sosial17 Avqust 19:16
Sabah bu rayonlarda qaz olmayacaq
-
Region17 Avqust 19:07
“Novatek” Türkiyədən yardım umdu