Nida.az
Ağalar Vəliyev seçicilərlə növbəti görüşünü keçirib - FOTO
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə Yeni
Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının Milli
Məclisinə deputatlığa namizədliyi irəli sürülmüş Ağalar Vəliyev
növbəti görüşünü keçirib.
Deputatın seçki qərargahından verilən məlumata görə, namizədin
təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən mitinq-görüş
Tərtər rayonunun Bəyimsarov, Sarov və Borsunlu kəndlərinin
seçicilərini əhatə edib.
Mitinq-görüşü Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının
sədri R.İ.Şabanov açıb. Daha sonra namizədin vəkili Rəxşəndə
Abdullayeva görüş iştirakçılarını Ağalar Vəliyevin tərcümeyi-halı,
vəkil Nigar Əliyeva isə onun deputatlıq fəaliyyəti haqda hesabatla
tanış edib.
Ağalar Vəliyev IV çağırış MM-in deputatı kimi Qaradağ rayonunda
gördüyü işlər barədə seçicilərə geniş məlumat verib və qeyd edib
ki, orada apardığı quruculuq və xeyriyəçilik işini, seçiləcəyi
təqdirdə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin əhatə
etdiyi kənd və qəsəbələrdə də davam etdirəcək.
Bəyimsarov kənd ağsaqqalı Bəhmən Bayramov, Bəyimsarov kənd
xəstəxanasının baş həkimi Mehriban Hüseynova, Sarov kəndinin sakini
Telman Paşayev, Bildirçinli kənd sakini İnqilab Hətəmov, Borsunlu
kənd sakini Qədir Hüseynov çıxış edərək deputatın bundan əvvəlki
fəaliyyəti ilə bağlı məlumatlı olduqlarını, A.Vəliyevin məhz
onların dairəsindən namizədliyinin irəli sürülməsini razılıqla
qarşıladıqlarını deyiblər.
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı