XİN-dən MTN açıqlaması
Bizi izləyin

Nida.az

XİN-dən MTN açıqlaması

Azərbaycan XİN ölkənin diplomatik nümayəndəliklərində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşlarının çalışması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Publika.az-a bildirib ki, beynəlxalq diplomatik praktikaya və dövlətlərarası əməkdaşlığın səviyyəsinə uyğun olaraq, diplomatik nümayəndəliklərdə digər dövlət qurumlarının əməkdaşlarının da təmsil olunması adi haldır:

“Bu çərçivədə ölkədən və ikitərəfli əməkdaşlığın xarakteri və səviyyəsindən asılı olaraq, Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində də Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Gömrük Komitəsi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları da təmsil olunurlar. Qarşılıqlıq prinsipi əsasında digər dövlətlərin də Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərində həmin ölkələrin müvafiq qurumlarının əməkdaşları xidmət edirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm