Nida.az
Razi Nurullayev Müsavata cavab verdi: “Biz Arif Hacılını da xilas etdik”

AXCP-nin digər qanadının sədri Razi Nurullayev Müsavat Partiyasının başqanı Arif Hacılının onları tanımaması haqda fikirlərinə münasibət bildirib.
Publika.az xəbər verir ki, R. Nurullayev A.
Hacılıdan bu cür münasibət gözləmədiyini bildirib: “Arif
Hacılının bu cür açıqlamasına münasibətim çox mənfidir. Azərbaycan
müxalifətində mənim qədər cəsarət tapıb Əli Kərimlini Azərbaycan
xalqının yaxasından düşürmək istəyən adamlar çox azdır. Eyni
zamanda atdığım addımla Arif Hacılının özünü də xilas etmiş
oldum”.
R. Nurullayev qeyd edib ki, Əli Kərimlinin qarşısı alınmasa idi o,
yalançı qəhrəmanlıqla digər siyasi qurumları sıradan çıxaracaqdı:
“Əli Kərimli hazırda Müsavat Partiyasını sıradan çıxarmış kimi
görünür. Heç bir zaman Müsavat Partiyası ilə qarşıdurmaya getmək
istəmirəm. Müsavat və digər müxalifət partiyaları bilməlidir ki,
Azərbaycan müxalifətinin bir problemi var, o da Əli Kərimlidir. Biz
bu problemi aradan qaldırmaq üçün çalışdıq. Arif Hacılının
ətrafında olan insanlar mənə deyib ki, siz eyni zamanda Arif
Hacılını da xilas etmiş oldunuz. Əli Kərimlinin və onun başçılıq
etdiyi qanadın bir nömrəli məqsədi Müsavat Partiyasını sıradan
çıxarmaqdır. Biz bunun da qarşısını aldıq, ona görə də, əslində
Arif Hacılı bizə minnətdar olmalı idi”.
Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı Razi Nurullayevin
rəhbərlik etdiyi AXCP-ni tanımadığını açıqlayıb: “Müsavat AXCP
adında yalnız bir partiya tanıyır. Bu təşkilat öz qurultayını
sentyabr ayının 27-də keçirərək, növbəti dövr üçün rəhbərliyini
seçib. Razi Nurullayevin yaratdığı təşkilat isə başqa təşkilatdır.
Ədliyyə Nazirliyinin bu məsələ ilə bağlı qəbul edəcəyi hər hansı
qərar Müsavat Partiyasının mövqeyinə təsir etməyəcək”.
Asif

-
ABŞ8 Avqust 22:48
ABŞ Ukraynaya 1 milyard dollarlıq hərbi paket ayırdı - SİYAHI
-
Magazin28 Avqust 22:24
Məşhur aktyor serial çəkilişi zamanı ÖLÜMDƏN DÖNDÜ - FOTO
-
Region8 Avqust 21:00
Ərdoğandan yeni əməliyyat ANONSU: "Halqaları tezliklə birləşdirəcəyik" - FOTO
-
Dünya8 Avqust 20:48
ŞOK ARAŞDIRMA: bu kosmik obyekt Yerə düşüb
-
Cənubi Qafqaz8 Avqust 20:13
Putin Paşinyanla Qarabağ ətrafındakı vəziyyəti MÜZAKİRƏ ETDİ
-
Nida Xəbər 8 Avqust 20:00
Bayramov hədəflərdən danışdı: "Azərbaycan və Türkiyənin..."
-
Ekologiya8 Avqust 19:12
Yaxın 3 gün ərzində hava necə olacaq?
-
Nida Xəbər 8 Avqust 18:53
Rəsmi qurumlara, banklara kiberhücumlar oldu