Nikita Mixalkov İlham Əliyevə təşəkkür etdi
Bizi izləyin

Nida.az

Nikita Mixalkov İlham Əliyevə təşəkkür etdi

“Mənim əməyimi bu qədər yüksək qiymətləndirdiyinə görə İlham Heydər oğluna çox təşəkkür edirəm”.

Azərtac xəbər verir ki, Nikita Mixalkovun Azərbaycanın “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə dediyi bu təşəkkür sözlərini TASS agentliyinə rejissorun mətbuat xidmətindən çatdırıblar.

N.Mixalkov vurğulayıb ki, Azərbaycanla onun mədəni əlaqələri çoxdan yaranıb. Tanınmış rejissor deyib: “Bunu xatırlamaq kifayətdir ki, mən “Yadlar arasında özününkü, özününkülər arasında yad” adlı ilk tammetrajlı filmimin əsas səhnələrindən birini məhz Azərbaycanda çəkmişəm. Elə həmin vaxtdan, neçə illər bundan əvvəl azərbaycanlı həmkarlarımla yaradıcılıq dostluğumuz başlanıb. Çox ümid edirəm ki, bu yaradıcılıq əlaqələri davam edəcək. O cümlədən, İlham Heydər oğlu ilə telefon söhbətimizdə Qriboyedov haqqında film üzərində azərbaycanlı həmkarlarımla birgə işləmək imkanını müzakirə etdik. Ümid etmək istəyirəm ki, Azərbaycan dövlətinin bu yüksək mükafatını öz yaradıcılığımla doğrulda biləcəyəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm