Ceyhun Ələkbərov: “Seçkilərə kölgə salmaq istəyən qüvvələr var”
Bizi izləyin

Nida.az

Ceyhun Ələkbərov: “Seçkilərə kölgə salmaq istəyən qüvvələr var”

“Azərbaycanda seçki reallığına kölgə salmaq istəyənlərin planı fiaskoya uğrayacaq”.


Bu barədə Publika.az-a açıqlamasında “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bildirib.


Onun sözlərinə görə, Azərbaycan parlament seçkilərinə ciddi hazırlaşır: “Bu vaxta qədər dairələrdə qeydə alınan müşahidəçilərin sayı yetərincədir və namizədlərin arasında gənclərin üstünlük təşkil etməsi təqdirəlayiq haldır. Hazırda 60 minə yaxın yerli, 19 beynəlxalq təşkilatdan 300-ə yaxın xarici müşahidəçi Azərbaycanda seçkiləri izləyəcək. Budəfəki parlament seçkilərində perspektivli gənclərin iştirakı əvvəlki illərdən də çox nəzərə çarpır. Sosial şəbəkələrdə fəallıq xüsusi olaraq hiss olunur. Gənc mütəxəssislərin Milli Məclisə deputat seçilmək üçün namizədliklərini irəli sürməsi, böyük həvəslə təbliğat-təşviqat kampaniyasına qoşulmaları sevindiricidir”.


C. Ələkbərov qeyd edib ki, Milli Məclis ölkəmizin taleyüklü məsələlərinin həll edilməsində birbaşa cavabdehlik daşıyan qurumlardandır: “Şübhəsiz ki, belə qurumda ölkəsini, dövlətini dərindən sevən, xalqına bağlı olan və eyni zamanda intellektual imkanları geniş olan şəxslərin təmsil olunması vacibdir. Bu baxımdan dövlət başçımız İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində son illər perspektivli, aydın zəkalı gənclərimizin, vətəndaşlarımızın siyasi fəaliyyətə qoşulmaları, yüksək vəzifələrdə təmsil olunmaları arzuolunandır. Təsadüfi deyildir ki, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov öz müsahibəsində bu məsələyə xüsusi toxunaraq gənclərə seçkilərdə yaxından iştirak etmələri üçün çağırış etdi. Əli Həsənov qeyd etdi ki, Azərbaycanda seçki reallığını təhrif etməyi qarşısına məqsəd qoymuş yerli və xarici qurumlara və şəxslərə müqavimət göstərilsin. Bəli, bu gün həqiqətən Azərbaycanda baş tutacaq parlament seçkilərinə kölgə salmaq istəyən, qara piar kampaniyası aparmağa cəhd edən müxtəlif qüvvələr mövcuddur”.


Onun sözlərinə görə, bu qüvvələrin cəhdləri yenə baş tutmayacaq və Azərbaycanda seçki reallığına kölgə salmaq istəyənlərin planı fiaskoya uğrayacaq.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm