İsrailin Azərbaycandakı səfirliyi bağlanıb? - ÖZƏL
Bizi izləyin

Nida.az

İsrailin Azərbaycandakı səfirliyi bağlanıb? - ÖZƏL

İsrailin Azərbaycandakı səfirliyi bağlanıb?

Bu gün Publika.Az saytına İsrailin Azərbaycandakı səfirliyi ilə bağlı bir məlumat daxil olub. Məlumata görə, İsrail Xarici İşlər Nazirliyi (XİN) ilə Maliyyə Nazirliyi arasında yaranan problem üzündən İsrailin Azərbaycandakı səfirliyinin maliyyələşməsində çətinlik yaranıb və İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.

İsrail-Azərbaycan Dostluq Cəmiyyətinin Idarə Heyətinin üzvü Arye Qut Publika.Az – a açıqlamasında İsrail XİN-in maliyyə problemi olduğu xəbərini təsdiqləyib.

O, qeyd edib ki, XİN işçiləri tətil elan ediblər və bu heç də Azərbaycan-İsrail əlaqələri ilə bağlı deyil. A.Gut səfirliyin tamamilə bağlandığı barədə məlumatının olmadığını söyləyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm