Nida.az
Ağalar Vəliyevin təbliğat-təşviqat kampaniyası davam edir - FOTO
97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən YAP
tərəfindən namizədliyi irəli sürülən Ağalar Vəliyevin Goranboy
rayonunun Buzluq kəndində seçicilərlə görüşü
keçirilib.
Namizədin seçki qərargahından verilən məlumata görə, görüşü YAP
Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov açaraq bildirib
ki, Goranboy seçiciləri hər zaman hakim partiyanın siyasətini
dəstəkləyib, YAP-ın namizədlərinə etimad göstəriblər: “97 saylı
Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyi irəli sürülmüş
Ağalar Vəliyev də rayon ictimaiyyəti tərəfindən yaxşı tanınır. Onun
fəaliyyətinin müəyyən məqamları sırf Goranboy rayonunun inkişafına
verilən töhvələrlə bağlıdır. Ona görə də ümidvaram ki, rayon
ictimaiyyəti YAP-ın namizədi Ağalar Vəliyevə etimad
göstərəcək”.
Daha sonra A.Vəliyevin vəkilləri Şahin Allahverdiyev onun
tərcümeyi-halını, Məzahir Zeynalov isə IV cü çağırış Milli Məclisdə
11 saylı Qaradağ seçki dairəsini təmsil edərkən gördüyü işlər
barədə seçicilərə geniş məlumatı təqdim ediblər.
Görüşdə çıxış edən Buzluq kənd sakinləri Elnur Pirəliyev, Kəmalə
Novruzova, Rəşad Ələkbərov və başqaları seçimlərini YAP-ın
namizədinin lehinə edəcəklərini –Ağalar Vəliyevə səs verəcəklərini
bildiriblər.
YAP tərəfindən 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki dairəsindən
namizədliyi irəli sürülmüş Ağalar Vəliyev isə seçicilər qarşısında
çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən inkişaf siyasəti Azərbaycanı parlaq gələcəyə
aparır: “Azərbaycan vətəndaşlarının inam və etimadı əsasında bütün
seçkilərdə tarixi qələbələr qazanan Yeni Azərbaycan Partiyası da bu
inkişafda ön sırada dayanır”.
A.Vəliyev YAP tərəfindən növbəti dəfə namizədliyinin irəli
sürülməsinin böyük iftixar olduğunu bildirərək seçiləcəyi təqdirdə
indiyədək gördüyü işləri bu dairədə də davam etdirəcəyinə,
seçicilərin etimadını doğruldacağına söz verib.
Nazmizədin təbliğat-təşviqat kapmaniyası çərçivəsində görüşləri
davam edir.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər