Nida.az
Ağalar Vəliyev Ağdamda görüşlərini davam etdirir - FOTO
Yeni Azərbaycan Partiyası tərəfindən 97 saylı
Goranboy-Ağdam-Tərtər seçki dairəsindən namizədliyi irəli sürülən
Ağalar Vəliyevin təliğat-təşviqat kampaniyası davam
edir.
Namizədin seçki qərargahının mətbuat xidmətindən verilən məlumata
görə, kampaniya çərçivəsində növbəti görüş Ağdam rayonunun Yeni
İmamqulubəyli qəsəbəsində keçirilib.
Görüşdən əvvəl deputatlığa namizəd Ağalar Vəliyev seçki qərərgahı
üzvləri ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbə mərkəzində
ucaldılmış ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət
edib.
Çoxsaylı seçicilərin iştirak etdiyi görüşdə Azərbaycanın Beynəlxalq
aləmdə gündən-günə artan nüfuzundan, sürətlə inkişaf edən iqtisadi
inkişafından, uğurlu xarici siyasət xəttindən bəhs edilib.
Görüşü giriş sözü ilə açan YAP Ağdam rayon təşkilatının və rayon
seçki qərərgahının sədri İsgəndər Quliyev parlament seçkiləri
ərəfəsində görülən işlərdən danışıb. O, deputatlığa namizədliyi
irəli sürülmüş Ağalar Vəliyevin ötən 5 ildəki fəaliyyəti barədə
seçicilərə ətraflı məlumat verib.
Deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında geniş çıxış
edib. Namizəd seçicilərin ona etimad göstərəcəyi təqdirdə ötən 5
ildə olduğu kimi, növbəti 5 ildə də 97 saylı dairənin seçicilərinin
səsi olacağına söz verib.
Yeni İmamqulubəyli qəsəbə sakinləri Baxşeyiş Hətəmov, Habil
Abbasov, İldırım İbayev və başqaları çıxış edərək səsvermədə yalnız
Yeni Azərbaycan Partiyasının namizədi Ağalar Vəliyevi
dəstəkləyəcəklərini bildiriblər.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK