Azər Kərimli 4 kənddə görüş keçirdi – FOTO
Bizi izləyin

Nida.az

Azər Kərimli 4 kənddə görüş keçirdi – FOTO

Milli Məclisə keçiriləcək seçkilərdə 112 saylı Qax Seçki Dairəsindən deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.

Deputatlığa namizəd rayonun daha 4 kəndində seçicilərlə görüş keçirib. İlk görüş Turaclı kəndində baş tutub. Sakinlər Azər Kərimlinin ötən 5 il ərzində kəndin və seçicilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşdığını, millət vəkili kimi seçicilərin etimadını doğrultduğunu və bu səbəbdən də ona səs verəcəklərini bildiriblər. Deputatlığa namizədin növbəti görüşü rayonun Marsan kəndində gerçəkləşib. Marsan kəndində əsas problemin içməli su ilə bağlı olduğunu bildirən seçicilər Azər Kərimlidən məsələnin müvafiq qurumlar qarşısında qaldırmasını istəyiblər. Deputatlığa namizəd daha öncə olduğu kimi, bundan sonra da seçicilərin problemlərinə diqqətlə yanaşacağını, səlahiyyətləri çərçivəsində bu problemlərin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Marsan seçiciləri 5 il öncə olduğu kimi, yenə də Azər Kərimliyə güvəndiklərini və onu dəstəkləyəcəklərini qeyd ediblər. Çüdüllü kəndində də seçicilər deputatlığa namizəd Azər Kərimlini yüksək ehtiram və qonaqpərvərliklə qarşılayıblar. Seçicilərin Çüdüllü kəndinin yolu və kəndə təbii qazın verilməsi ilə bağlı fikirlərini diqqətlə dinləyən deputatlığa namizəd bu problemlərin həlli üçün müvafiq qurumlara müraciət edəcəyini, bundan sonra da onların problemlərinə diqqətlə yanaşacağını dilə gətirib.

Azər Kərimli bu gün üçün sonuncu görüşünü Cəlayir kəndində keçirib. Cəlayir kəndinin sakinləri Azər Kərimliyə onların problemlərinə hər zaman diqqətlə yanaşdığı və ona göstərilən etimadı doğrultduğu üçün minnətdarlıqlarını bildiriblər. Cəlayir sakinləri seçkilərdə fəal iştirak edəcələrini və Azər Kərimliyə səs verəcəklərini deyiblər. Görüşlərdə ötən 5 il ərzində daim seçicilərlə sıx ünsiyyətdə olduğunu bildirən Azər Kərimli Qax rayonunda görülən və bundan sonra görüləcək işlərdən danışıb, seçki platformasının əsas istiqamətlərini seçicilərin diqqətinə təqdim edib, onları maraqlandıran sualları cavablandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm