İlham Əliyev: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir”
Bizi izləyin

Nida.az

İlham Əliyev: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir”

"Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir".

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Sumqayıtda “Azərikimya” İstehsalat Birliyinin etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində deyib.

“Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın”, - deyə dövlət başçısı vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm