Ziyad Səmədzadə seçicilərlə növbəti görüşünü keçirib - FOTO
Bizi izləyin

Nida.az

Ziyad Səmədzadə seçicilərlə növbəti görüşünü keçirib - FOTO

25 oktyabrda 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olan Milli Məclisin İqtisadi siyasət komitəsinin hazırkı sədri, akademik Ziyad Səmədzadə təmsil olunduğu ərazidə seçicilərlə növbəti möhtəşəm görüşünü keçirib.

Bu gün 23 saylı Nəsimi-Səbail seçki dairəsindən deputatlığa namizəd olan Milli Məclisin İqtisadi siyasət komitəsinin hazırkı sədri, akademik Ziyad Səmədzadə təmsil olunduğu ərazidə seçicilərlə növbəti möhtəşəm görüşünü keçirib.

Publika.az-ın məlumatına görə, görüşdə ilk olaraq Ziyad Səmədzadənin vəkili Telman Hacıyev hesabat xarakterli çıxış edib.

Bildirilib ki, Ziyad Səmədzadə Milli Məclisin deputatı və Komitə sədri kimi işlədiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.

Görüşdə çıxış edənlər Z.Səmədzadənin keçdiyi həyat yoluna da nəzər salıblar, onun müdrik ziyalı, görkəmli ictimi xadim, böyük alim kimi uğurlarından danışıblar.

Qeyd olunub ki, Ziyad Səmədzadə əsl, sadə xalq adamıdır, onun elmi tədqiqatları Azərbaycan elminə böyük töhfədir. Bir seçici kimi ona hər zaman müraciət edəndə, o insanları diqqətlə dinləyir, qaldırılan məsələlərin həllinə öz səlahiyyətləri daxilində kömək edir. Ən başlıca cəhət odur ki, Ziyad Səmədzadə bir namizəd kimi yalan vədlər vermir, bəzi bədxahlar kimi seçiciləri aldatmır, əksinə, bu qəbildən olan insanlara qarşı mübarizə aparır.

Z.Səmədzadə dövlətimizin iqtisadi gücünün artması və firavan həyatı naminə yorulmadan çalışır.

Daha sonra millət vəkilliyinə namizəd Ziyad Səmədzadə seçiciləri qarşısında çıxış edərək bildirib ki, insanlarla keçirdiyi hər bir görüş onda müsbət təəssürat yaradır. Ona növbəti dəfə etimad göstəriləcəyi təqdirdə, həmin istiqamətdəki fəaliyyətini bundan sonra da layiqincə davam etdirəcəyini və seçicilərin problemlərinin həllində yaxından iştirak edəcəyini vurğulayan Z.Səmədzadə xalqa xidmət etməkdən böyük qürur hissi keçirdiyini söyləyib.

Z.Səmədzadə qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi siyasət bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və həmin siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

Görüşün sonunda Ziyad Səmədzadə təmsil olunduğu dairənin ağsaqqalları və ziyalıları ilə müxtəlif məsələləri əhatə edən söhbətlər aparıb, bir sıra məsələlər ətrafında ona ünvanlanan sualları cavablandırıb.

Qeyd edək ki, Ziyad Səmədzadənin bu gün seçiciləri ilə keçirdiyi görüş zalında böyük izdiham yaşanıb. Belə ki, zalda seçicilərin çoxluğundan boş yer olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm