MDB ölkələrindən bəziləri məhv olacaq - Şok açıqlama
Bizi izləyin

Nida.az

MDB ölkələrindən bəziləri məhv olacaq - Şok açıqlama

“MDB məkanında yerləşən dövlətlərdən bəziləri yer üzündən silinəcək”.

"MDB məkanında yerləşən dövlətlərdən bəziləri yer üzündən silinəcək".  

 

Bu sözləri "Axar.az"a açıqlamasında rusiyalı politoloq Qriqori Trofimçuk deyib.  

 

O, Ukraynanın ikinci Əfqanıstana çevriləcəyini bildirib:

 

 "Ukrayna konflikti deyilən bir şey yoxdur. Sadəcə, Rusiyaya ekspansiya etməklə total xaos yaradıb, Ukraynanı ikinci Əfqanıstana çevirmək istəyirlər. Bütün bunların hamısı Rusiya Federasiyasının çökməsinə yönəldilib. Zamanla Ukrayna müxtəlif siyasi və hərbi qrupların nəzarəti altında olan ölkəyə çevriləcək. Bu, yüz il bundan öncə vətəndaş müharibəsində də belə olub, indi belə olacaq. Təhlükə eyni vaxtda Belarusiya hətta Rusiyanın Kalininqrad əyalətinə doğru irəliləyəcək".  

 

Politoloq Ukraynanı Avropa İttifaqının öz öhdəliyinə götürüb inkişaf etdirəcəyinə inanmadığını deyib: "Problem ondadır ki, 50 milyonluq Ukraynanı heç kim yedizdirməyəcək. O, Polşadan böyük olduğu üçün fiziki olaraq bu, qeyri-mümkündür. Özünün isə inkişaf etməyə siyasi və iqtisadi resursları yoxdur".  

 

Q.Trofimçuk Vilnüs sammitindən sonra MDB məkanında güclü dəyişikliklərin başladığını qeyd edib. "21 fevral 2014-cü il Yanukoviçin hakimiyyətdən getməsilə demək olar ki, ikinci SSRİ-nin süqutuna başlanıldı. Bunun nəticəsində isə sovet respublikaları arasında nəzərdə tutulan sərhədlər dəyişəcək və hətta ölkələrdən bəziləri yer üzündən tamamilə silinə bilər. Noyabrda keçirilən Vilnüs sammitindən sonra nəinki Ukrayna, bütün MDB məkanında dəyişikliklər başladı. O, artıq postsovet deyil. Belə adlandırmanı dayandırmaq lazımdır. O, yeni, təhlükəli epoxaya daxil olur və bu epoxada artıq yeni tərif fikirləşmək gərəkdir". 

Oxumağa davam et
Reklam
Reklam

Gündəm