Nida.az
Vladimir Doroxin İŞİD-in Qafqaz planını açıqladı - VİDEO
Rusiyanın Azərbaycandakı səfiri Vladimir
Doroxin ANS TV-də Mir Şahinə eksklüziv müsahibə verib. Müsahibə
zamanı səfir Rusiyanın Suriya münaqişəsində iştirakından
danışıb.
- Bu gün Azərbaycanda da, Rusiyada da qlobal iqtisadi böhrandan çox
söhbət gəzir və maraqlıdır ki, bu gün Rusiyada sadə rusiyalılar
necə yaşayır?
- Böhran sözü bir balaca kəskin səslənir. Düzdür, bizdə iqtisadi
vəziyyət heç də ürəkaçan deyil. Bu il bizdə iqtisadi inkişafın
sürətində azalma olacaq. Bu azalma təxminən 4 faiz təşkil edir.
İqtisadçılarımız belə hesab edir ki, azalmanın səbəbi əsasən neftin
qiymətinin qəfil aşağı düşməsindən irəli gəlir. İqtisadiyyatımız
neftdən güclü asılıdır. Azalmanın bir hissəsi isə sanksiyalarla
bağlıdır. Hansı ki, bu sanksiyaları Ukraynada baş vermiş hadisələrlə əlaqədar Rusiyaya
qarşı tətbiq ediblər. Bizdə həm də rublun dəyəri gözlənilmədən
düşdü. Ona görə yaşamaq o qədər də asan deyil. Lakin mən deyərdim
ki, fəlakət baş verməyib. Əgər xatırlayırsınızsa, Sovet İttifaqının dağılması da qıtlıq fonunda
baş vermişdi. İndi həmin vəziyyət müşahidə olunmur. Biz yaşayırıq,
yeni şərtlər altında yaşamağı öyrənirik. Neftin 1 barelinin 15
dollara olması ilə də yaxşı yaşamaq mümkündür.
- Vladimir Dmitriyeviç, ABŞ-da bir sıra ekspertlər
Rusiyanın indi düşdüyü vəziyyəti Sovet İttifaqının dağılmaqdan
əvvəlki vəziyyəti ilə müqayisə edirlər və hətta Rusiyanın indi
Suriyaya müdaxilə etməsi, dollar-rubl münasibətləri, neftin
qiymətinin aşağı düşməsini də məhz həmin tələnin elementləri kimi
təqdim edirlər. Sizcə, Rusiya dağılan Sovet İttifaqına nə qədər
oxşayır?
- Mən çox da politoloji spekulyasiyaları şərh etməyi xoşlamıram.
Burda latın atalar sözü yadıma düşür: Hər bir müqayisə axsayır.
Özünüz də bilirsiniz, bizim Suriyadakı iştirakımızla Əfqanıstanı
necə müqayisə etmək olar? Əfqanıstanda böyük həcmdə quru qoşunlarımız vardı.
Ölkəni tanımırdıq. Ölkəyə demək olar ki, dəvət olunmadan girmişdik.
Bəlkə də, hansısa rəsmi sənədlər var idi. Orda tamam başqa
geosiyasi vəziyyət var idi. Bu gün isə, biz bunu dəfələrlə müxtəlif
səviyyələrdə demişik, Rusiyanın çox məhdud iştirakından söhbət
gedir. Hər hansı bir quru əməliyyatında iştirak istisna olunur.
Yerli hökumətlə razılıq çərçivəsində hər şey həyata keçirilir və
bütün bunlar icra olunandan sonra bizim missiyamız başa çatacaq.
Mən fikirləşmirəm ki, Əfqanıstanla aparılan paralellər düzgün və
ədalətli və realdır. Mən bundan qorxmuram.
- Cənab səfir, Rusiyanın indi məruz qaldığı siyasət, xarici
ölkələrin ona münasibəti, onun Ukraynada irəli sürdüyü kursla bağlı
idi, başqa bir tərəfdən indi də Suriya çıxdı ortalığa və Rusiyanın
məruz qaldığı sanksiyaların dairəsi də, üzləşdiyi təzyiq də
genişləndi. Bu tərəfdən də Xəzər dənizində artıq siz Rusiya dövləti
olaraq istifadə edirsiniz və Suriyanın ərazisində hərbi
əməliyyatlar aparırsınız. Bildiyimə görə, Rusiya belə əməliyyatları
Xəzəryani ölkələrin razılığı ilə aparmalı idi. Ümümiyyətlə, istər
Rusiyanın Suriyada apardığı əməliyyatlar, istərsə də Xəzərin bu
məqsədlə istifadə olunması barədə nə demək olar?
- Rusiyanın Suriya siyasəti barədə çoxsaylı fikirlər var. Hətta,
Azərbaycan mətbuatında da qeyd olunur ki, Rusiya bu
fürsətdən öz geosiyasi qüdrətini nümayiş etdirmək üçün istifadə
etdi. Bu, belə deyil. İstəyirəm ki, bizi düzgün anlasınlar. Rusiya
üçün hazırda İŞİD-inətrafında baş verən hadisələr milli
təhlükəsizlik, praqmatik olaraq milli maraqların məhv edilməsi
məsələsidir və Rusiya belə qərara gəldi ki, bu qruplaşmanı öz
yerində məhv etmək lazımdır. Rusiya üçün bu, böyük səfərbərlik idi.
Çünki İŞİD-in planında Şimali Qafqaz da var, hansı ki, bu bölgəni də ələ
keçirmək istəyirlər. Bir neçə min rusiyalı İŞİD-ə qarşı döyüşür.
Əməkdaşlıq əlaqələrimiz bu yaxınlarda Rusiyaya səfər edən
prezidentlə razılaşdırılmış şəkildə icra olunur. Onunla Moskvada
bütün siyasi və hərbi aspektləri müzakirə etdik. Suriya məsələsində
heç bir ölkə ilə qarşı-qarşıya gəlmək istəmirik. Biz əməkdaşlığa
hazırıq. Təəssüf ki, bunu qəbul etmək istəmirlər. Bununla belə,
düşünürəm ki, heç bir tərəflə güclü qarşıdurma olmayacaq. Hər
halda, biz hər hansı münaqişəyə girməmək üçün müəyyən mexanizmin
yarardılmasına dair Amerika və Türkiyə ilə razılığa gəlmişik.
Xəzər dənizi məsələsinə gəlincə isə, Rusiyanın həmin
silahlardan istifadəsini məhdudlaşdıran heç bir hüquqi əsas yoxdur.
Sizin qeyd etdiyiniz əvvəlcədən razılaşma öhdəliyi indi mövcud
deyil. Hazırda Xəzər dənizində hərbi fəaliyyət barədə danışıqlar
prosesi gedir. Lakin hələlik heç bir razılaşmadan söhbət gedə
bilməz. Hazırkı qanunlar isə bizə heç bir qadağa qoymur. Ona görə
də, Xəzər dənizindəki fəaliyyətimizlə əlaqədar Xəzəryanı ölkələrdən
heç bir təhlükə ilə qarşılaşmadıq. Biz Xəzər dənizində hərbi
fəaliyyət barədə müşavirələr keçirməyə hazırıq. Düşünürəm ki, bəzi
narahatlıqlara səbəb olan ünsürləri aradan qaldıracağıq. Rusiyanın
bu aksiyası, əlbəttə, narahatlığa səbəb olmaya bilməz.
-Vladimir Dmitriyeviç, keçən dəfə "Hesabat" verilişində
Türkiyənin Azərbaycandakı səfiri Rusiya ilə bağlı bir sıra fikirlər
irəli sürmüşdü və bunlar Rusiyanın Suriya ərazisində hərbi
əməliyyatlara qoşulması ilə bağlı idi. Türkiyənin Azərbaycandaki
səfiri konkret olaraq Ankaranın narahatlığını bizə çatdırdı. Necə
bilirsiz, Suriya reallığı Rusiya-Türkiyə münasibətlərinin
korlanmasına gətirib çıxara bilərmi?
- Rusiyanın fəaliyyətinə dair fikir müxtəlifliyi çoxsaylı
faktorlarla bağlıdır. Rusiyaya qarşı ümumi mənfi münasibət var.
Məsələlərdən biri Əsədlə bağlıdır. Biz onun legitimliyini qəbul
edirik. Türkiyə də daxil olmaqla, bir çox ölkələr isə qəbul etmir.
Onlar hesab edirlər ki, o, hakimiyyətdə qalmamalıdır. Biz öz
mövqeyimizdə qalırıq. Hesab edirik ki, Əsədin taleyini xarici dövlətlər deyil, onu
prezident seçən xalq həll etməlidir. Onu dəstəkləsələr də,
dəstəkləməsələr də bu, onun öz işidir. Hesab edirik ki, Əsədin
xarakteri əməkdaşlığa mane olmamalıdır. Türkiyə başqa mövqedə
dayanır. Onlar hesab edir ki, bizim fəaliyyətimiz hazırkı
prezidentin gücünü daha da artırır. Ona görə də bu, onların ziddinə
gedir. Lakin əlaqələrimiz qətiyyən ultimatum səviyyəsinə gəliməyib.
Rusiya - Türkiyə münasibətləri hansısa bir tarixi anın girovuna
çevrilməyəcək. Biz qarşılıqlı anlayış, əməkdaşlıq yollarını
tapacağıq. Artıq bu mexanizmi yaratdığımızı sizə dedim. Qeyd etmək
istərdim ki, Əsədin Moskvaya səfərindən sonra prezidentimiz
Ərdoğanla danışdı. O, Moskvada
olanlar barədə Ərdoğana dedi. Düşünürəm ki, bu da bizim ümumi
xeyrimizədir.
- İndi Rusiya ətrafında gedən proseslər fonunda, dünyada
baş verən hadisələr Azərbaycan-Rusiya münasibətlərində özünü necə
göstərir? Bu, iki ölkə arasında vəziyyəti yaxşılaşdırır, yoxsa daha
da mürəkkəbləşdirir?
- Müstəqil, anlaşılan siyasət həyata keçirən və Cənubi Qafqaz
sərhədlərimizdə sabitlik adası olan Azərbaycan Rusiya üçün böyük
dəyərdir. Qeyd-şərtsiz demək istəməzdim, amma mənə elə gəlir ki,
bizim göstərdiyimiz isti münasibət, Moskvanın mövqeyi Azərbaycanda
da yaxşı qarşılanır və sizin üçün digər yox, məhz bu Moskvanı
görərək yaşamaq daha rahatdır.
-Cənab səfir, bu gün Rusiya dünyada daha çox tənqid olunur,
hətta bu gün Rusiyanı bir sıra dövlətlər iblis kimi təqdim edirlər.
Belə bir şəraitdə rusiyalı diplomat üçün fəaliyyət göstərmək nə
dərəcədə asandır?
- Biz öz gücümüzdə əminik və bu, həm də haqlı olduğumuzu bilmək bir
diplomat kimi mənə də güc verir. Biz bu xətti davam etdirəcəyik və
inanın, yəqin ki, bir jurnalist və mütəxəssis kimi bilirsiniz ki,
Rusiyanın və onun prezidentinin siyasətinin dəstəkçisi dünyada
göründüyündən daha da çoxdur. Bu, bir sıra rəsmi şəxslərin
açıqlamalarından və bəyanatlardan da görünür. Yeri gəlmişkən,
Azərbaycanda da bu dəstək və anlayış yaxşı hiss edilir və bu mənim
işimi burada digər ölkədəkilərdən daha rahat edir. Prezidentə
gəldikdə isə, mən onunla fəxr edirəm.
-Təşəkkür edirəm, cənab səfir. Mən isə həm Sizə həm Bizə
əsil, səmimi, doğrucul dost olmağı arzulayıram və arzulayıram ki,
həmişə Rusiya Azərbaycana, Azərbaycanda Rusiyaya doğrudan
səmimiyyətlə inansın və bu əsaslandırılmış səmimiyyət olsun. Sağ
olun ki, suallarımızı cavablandırdız!
- Dediklərinizin altından mən də imza atıram, sağ olun.
-Sağ olun!
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK