Nida.az
Fəzail Ağamalının seçiciləri ilə möhtəşəm görüşləri davam edir – FOTOLAR
Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən Milli Məclisə namizədliyi irəli sürülmüş Fəzail Ağamalı rayonun Xıdırlı və Kürsəngi kəndlərində seçicilərlə növbəti görüşünü keçirib.
Publika.az-ın məlumatına görə, çoxsaylı seçicinin iştirakı ilə keçirilən görüşü Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfət Bədəlov açaraq seçicilərə namizədin fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüşdə vurğulanıb ki, Fəzail Ağamalı Milli Məclisin deputatı kimi işlədiyi müddət ərzində qanunvericilik aktlarının qəbulunda hər zaman öz fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Görüş iştirakçıları Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətini yüksək qiymətləndirdiklərini bildiriblər vəhər zaman ölkə prezidenti ilə bərabər olduqlarını söyləyərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıblar.
Kənd ağsaqqallarından Hacı Şəmsi Məmmədov, Babaxan İmanov, Əbdülxaliq Məmmədov, kənd ziyalıları Hümmət Qəribov, Adil Abdullayev, iş adamı İldırım Babayev, təqaüdçü Fəxrəddin Fərzəliyev, kənd sakini İsaxan İmanov çıxış edərərək, bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və F.Ağamalıya səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər Xıdırlı kəndində idman zalının inşası, elektrik və qaz problemlərinin həlli, Kürsəngi kəndində isə mövcud olan orta məktəbin təmiri və uşaq bağçasının açılması ilə bağlı məsələ qaldırıblar.
Fəzail Ağamalı noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə mandat qazanarsa, sözügedən problemlərin həlli üçün müvafiq qurumlar qarşısında məsələ qaldıracağını və həmin problemlərin həllinə çalışacağını seçicilərin diqqətinə çatdırıb.
Görüşdə F.Ağamalının vəkilləri – Qulu Novruzov və Xidmət Orucov iştirak ediblər.
Qeyd edək ki, görüşdən sonra Fəzail Ağamalı Salyanın Qaraçala ərazisində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib.
Vasif Həsənli - Salyan
Fotolar müəllifə məxsusdur

-
Region16:58
5 PKK terrorçusunun hücum cəhdi öz başlarında çatladı... - Türkiyə MN
-
Rəsmi xronika16:30
İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Yeniləndi
-
Rəsmi xronika16:17
Aşqabadda liderlərin Xəzər Sammiti başladı - Yeniləndi
-
Qarabağ 15:08
Ermənilərin qorxuya düşməsinin səbəbi budur- Politoloq AÇIQLADI
-
Hadisə14:06
Şəhid anasını aldadıb 11 min manat aldı... - FOTO
-
Avropa13:25
Madriddə NATO-nun sammiti başladı
-
Nida Təhlil 13:18
Gürcüstanda siyasi böhran: "Parlament prezidentin vetosunu dəf edəcək"
-
Nida Təhlil 12:21
PA rəsmisi QALMAQALLI "müsabiqə"dən danışdı: Müşahidə Şurasının qərarı…