Türkiyəli politoloqdan Azərbaycan və Türkiyə seçkiləri haqda PROQNOZ
Bizi izləyin

Nida.az

Türkiyəli politoloqdan Azərbaycan və Türkiyə seçkiləri haqda PROQNOZ

Noyabrın 1-də həm Azərbaycanda, həm də Türkiyədə parlament seçkiləri keçiriləcək.


Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, türkiyəli politoloq Hasan Oktay Publika.az-a açıqlamasında bildirib ki, qardaş ölkələrin hər birində eyni gündə parlament seçkilərinin olması gözəl bir təsadüfdür: “Demokratiyanın davamlı olması, bu sistemin təməllərinin möhkəmlənməsi üçün hər iki ölkədə seçkilərin təhlükəsiz şəraitdə keçirilməsi vacibdir. Azərbaycan və Türkiyə iki önəmli türk dövləti olaraq demokratik inkişafa açıq ölkələrdir. Demokratiyanın inkişafı iki ölkə üçün də yaxşı gələcək vəd edir”.


Seçkilərin nəticələrinin necə olacağı haqda danışan H. Oktay indidən bu haqda proqnoz verməyin mümkün olmadığını deyib.


“Lakin Azərbaycanda iqtidar partiyasının çoxluqla qalib gələcəyini demək olar. Türkiyədə isə bu nəticələr belə olmayacaq. Türkiyədə 3 müxalifət partiyası məclisə girəcək və beləliklə, bəlkə də, AKP təkbaşına iqtidar ola bilməyəcək. Ölkə iki partiyanın koalisiyası ilə idarə olunacaq. Bu partiyaların AKP və MHP olması ilə bağlı gözləntilər böyükdür. Hesab edirəm ki, Azərbaycan iqtidarı ölkədəki müxalifəti gücləndirməlidir. Demokratik parlament seçkilərində müxalifətin güclü olması ölkənin gələcəyi baxımından önəmlidir”, - deyə ekspert deyib.


H. Oktay qeyd edib ki, Türkiyədə hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Türkiyə-Azərbaycan münasibətləri inkişaf edəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm