• USD 1,7000 0,00% EUR 2,0647 0,00%
    • GBP 2,2864 0,00% RUB 0,0228 0,00%

Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun mütəxəssisi ilə görüşüb

  • Nida.az
  • 27 Oktyabr 2015 11:57
  • 549 Baxış
Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun mütəxəssisi ilə görüşüb

Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Mavi Dəniz Fondu”nun (“Blue Marine Foundation”) Azərbaycanda səfərdə olan dəniz biomüxtəlifliyi üzrə mütəxəssisi Rori Mur ilə görüşüb.

Bu barədə IDEA İctimai Birliyindən AZƏRTAC-a məlumat verilib.

Məlum olduğu kimi, Böyük Britaniyanın dünya şöhrətli dəniz ətrafı mühitinin mühafizəsi təşkilatı olan “Mavi Dəniz Fondu”nun sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin fevral ayında IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfər edib. Səfər zamanı Xəzər dənizinin ekoloji vəziyyəti müzakirə edilib və “Mavi Dəniz Fondu”nun aparıcı mütəxəssislərinin Xəzərin faunasının bərpasına cəlb edilməsi barədə razılıq əldə olunub.

Görüşdə Leyla Əliyeva IDEA tərəfindən regionun ətraf mühitinin mühafizəsi istiqamətində görülən işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Leyla Əliyeva Xəzərin ekoloji vəziyyətindən, xüsusilə də onun zəngin faunasının son zamanlar müşahidə olunan deqradasiyasından narahatlığını ifadə edib və vəziyyətdən çıxış yolu kimi beynəlxalq təcrübədən yararlanmağın vacibliyini bildirib. Bu məqsədlə IDEA tərəfindən dəniz ətrafı mühiti üzrə ixtisaslaşmış aparıcı beynəlxalq mütəxəssislərlə sıx şəkildə əməkdaşlıq edilir.

Rori Mur Azərbaycanın zəngin balıq ehtiyatları ilə məşhur olduğunu və buna görə ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli potensialın mövcudluğunu qeyd edib. Britaniyalı mütəxəssis bildirib ki, səfəri çərçivəsində Xəzər dənizindəki və daxili sulardakı balıq ehtiyatları, eləcə də ölkəmizin balıq sənayesindəki vəziyyəti təhlil edəcək və bununla bağlı ətraflı hesabat hazırlayaraq IDEA İctimai Birliyinə təqdim edəcək. Hesabatda, həmçinin Xəzərin biomüxtəlifliyinin bərpası üzrə tövsiyələr də əks olunacaq. Rori Mur vəziyyətin yaxşılaşdırılması üçün müasir texnologiyaların tətbiqi və elmi metodlardan istifadə etməyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

“Mavi Dəniz Fondu” 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilib. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR