Nida.az
“Nezavisimaya qazeta”: “Azərbaycan seçkilərə ciddi hazırlaşır”
Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazıb.
Secki-2015.az saytı xəbər verir ki, məqalədə Azərbaycan Milli Məclisinə seçkilərdə namizədlərin təbliğat-təşviqat kampaniyasının finiş xəttinə çatdığı deyilir: “Mərkəzi Seçki Komissiyası bildirib ki, seçkilər noyabrın 1-də 8:00-da başlayacaq, 19:00-da başa çatacaq. MSK informasiya mərkəzi seçkilərin gedişi haqda 10:00-da, 12:00-da, 17:00-da və 19:00-da məlumat verəcək. MSK sədri Məzahir Pənahov jurnalistlərə deyib ki, seçkiləri izləmək üçün 500-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası oktyabrın 30-da ispan deputat Yordi Cuklanın rəhbərliyi ilə Bakıya gələcək. Bakıda Rusiya nümayəndə heyətini də gözləyirlər. Eyni zamanda, MDB-nin uzunmüddətli müşahidəçiləri artıq Azərbaycanda seçkilərin monitorinqini keçirir. İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkunun rəhbərliyi ilə müşahidə missiyası tərəfindən respublika qanunvericiliyi öyrənilir, bütün dairə seçki komissiyalarının işi müşahidə edilir. Seçki günü Bakıya gələcək MDB-nin 147 müşahidəçisi ölkənin bütün bölgələrində müşahidə aparacaq”.
V. Qarkun bildirib ki, onlar Sumqayıt, Abşeron, Qəbələ və İsmayıllıda olublar: “Hesab edirik ki, müşahidə aparmaq üçün vacib şərait yaradılıb. Yəni şəffaflıq tamamilə təmin olunub. Seçki prosesinin təşkili üçün qəbul edilən qanunvericilik bazası ilə ciddi şəkildə tanış olmuşuq. Qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər beynəlxalq qaydalara və seçkilərin keçirilməsi prinsipinə uyğundur”.
Onun sözlərinə görə, MDB ölkələrindən olan müşahidəçilər MDK və
dairə seçki komissiyalarının işini yüksək səviyyədə
qiymətləndirirlər.
“Nezavisimaya qazeta” yazır ki, hazırlıq prosesini və seçkiləri
Rusiya jurnalistlərinin böyük qrupu işıqlandıracaq: “Onlar bir gün
əvvəl Milli Məclisdə oldular və Oqtay Əsədovla görüşdülər.
Azərbaycan qanunverici orqanın rəhbəri seçkilərə hazırlıq
prosesindən danışıb və Bakıya müşahidə missiyası göndərməkdən
imtina edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları
Bürosunun mövqeyini tənqid edib”.
Nəşr qeyd edir ki, ATƏT/DTİHB-nin Azərbaycandan qisas almaq üçün
atdığı bu addım təkcə ölkə daxilində tənqidlərə məruz qalmır,
həmçinin ölkə hüdudlarından kənarda da sərt tənqid olunur.
Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT/DTİHB-ni tənqid
etməsini xatırladan nəşr Azərbaycan Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının
deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə
ikili standartlar” məqaləsindən də sitatlar verir.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO